Rafiq Hüseynlinin yaşadığı evin qarşısında barelyefinin açılışı olub

282

Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynlinin yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Baralyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi  ilə hazırlanıb.

Rafiq Hüseynli böyük təcrübəyə malik peşəkar teleaparıcı idi. Yüksək intellekt sahibi olan, doğma dilimizin incəliklərini daim yaşadan xalq artisti ciddi görkəmi, xoş təbəssümü, aydın diksiyası ilə hər zaman milyonlarla tamaşaçını efirə cəlb edib. Bu fikirlər Rafiq Hüseynlinin yaşadığı evin qarşısında barelyefinin açılışı zamanı səsləndirildi. Bildirildi ki, tamaşaçılar Rafiq Hüseynlinin ekranda görünüşünə, səsinin ahənginə, təmiz nitqinə və səmimi ünsiyyətinə heyran qalırdı. Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynlinin yaşadığı evin qarşısında barelyefinin açılşında çıxış edənlər də bildirdilər ki, o, diktor kimi təkcə mətnləri oxumayıb, həm də səsinin cazibəsi ilə tamaşaçını, dinləyicini oxuduqlarına inandırmağa çalışıb. Baralyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi  ilə hazırlanıb.

Rafiq Hüseynli 2017-ci ilin oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində müalicə aldığı klinikada dünyasını dəyişib və Yasamal qəbirəstanlğında dəfn olunub. Mavi ekranın unudulmaz siması Rafiq Hüseynli hələ uzun illər lentlərin yaddaşında yaşayan bənzərsiz səsi ilə milyonların yaddaşını təzələyəcək.