Rəqqas Böyükağa Məmmədov dünyasını dəyişib

425

Xalq artisti, rəqqas Böyükağa Məmmədov dünyasını dəyişib.

B. Məmmədov bu gün uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.

Xalq artisti ilə vida mərasiminin keçiriləcəyi və dəfn olunacağı yer dəqiqləşdirilir.

Qeyd edək ki, B. Məmmədov uzun müddət “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.

Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təmsil edib. APA