Rəqibimiz yaxşı komanda olsa da…

0
525

“Qarabağ”la oyun tam fərqli keçəcək. Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq”. Bu sözləri Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla deyib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiya klubu “Styarnan”ı mübarizədən kənarlaşdıran (2:0, 4:1) “Seltik” növbəti mərhələdə Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq.

Ağdam klubu haqda müsbət fikirlər səsləndirən Deyla “Qarabağ”la hər iki matçın çətin keçəcəyini bildirib: “Mən “Qarabağ”ın bir oyununa baxmışam. Onlar Monteneqro klubu “Rudar”dan güclü idilər. Bir sözlə, yaxşı rəqiblə qarşılaşacağıq. Hər iki oyun çətin keçəcək”.

Norveçli çalışdırıcı qeyd edib ki, hədəfləri ÇL-in qrup mərhələsində oynamaqdı: “Əgər Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyiriksə, önümüzə çıxan bütün rəqiblərlə döyüşməliyik. “Qarabağ”la oyunlar maraqlı keçəcək. Rəqibimiz yaxşı komanda olsa da, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.

 

Qeyd edwk ki, Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.  Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Moneteqroda “Rudar”ın qonağı olub.Ağdam təmsilçisi cütün favoriti sayılırdı. Bakıda keçirilən ilk oyunda qeydə alınan heç-heçə isə cavab matçına marağı artırırdı. Komandamız Reynaldonun yeganə qolu ilə rəqibi üzərinə qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here