Rənglərin mənaları

0
914

Hər bir rəngin kainatda bir əksi və mənası var. Rənglər əhvalımızı fərqli və mənalı edə bilər.

Rənglərin mənasını bilmək həqiqətən düşündüyümüzdən də vacibdir. Bu gün rənglərin insan davranışına, istiqamətlərinə və psixologiyasına əhəmiyyətli dərəcədə təsir göstərdiyi aydındır. Araşdırmalar nəticəsində sübut edilən bu fakt ən böyük markaların marketinq strategiyasının əsasını təşkil edir. Qidalanma şirkətlərinin iştah açıcı rəng olan qırmızıdan istifadə etməsi, bankların əsasən mavi və ya boz rəngdən istifadə etməsi bir növ strategiyadır.

Qırmızı: Enerji və canlılığın əsas mənbəyi olan rəngdir. Bu, onurğaya düzülmüş yeddi əsas enerji mərkəzindən birincisi olan kök çakrasının rəngidir. Bizi yer üzünə bağlayır. Enerjimizi idarə edən qırmızı həyəcan və istilik verir. Bir nöqtədə enerjinizin olmadığını düşündüyünüz zaman qırmızı rəngi həyatınıza qataraq  onun enerjisindən faydalana bilərsiniz.

Narıncı: Eyni şəkildə enerjinin, xoşbəxtliyin, sevincin rəngi olan narıncı, ətraf mühitin abu-havasını dəyişdirmək üçün möhtəşəm bir rəngdir. Narıncı rəng və çalarları olan bir mühitə girəndə təsirlənməmək demək olar ki, mümkün deyil. Cəsarət verən narıncı rəng eyni zamanda, kədərli hiss etdiyiniz zaman da sizə yardımçı olacaq.

Sarı: Fərqli rəng olan sarı rəng diqqəti cəlb etmək və tempi artırmaq üçün idealdır. Bir çox müdirlər işçilərin enerji və tempini artırmaq üçün ofislərdə sarı rəngdən istifadə edirlər. Eyni zamanda, rabitənin rəngi sarı, özünə inam və azadlıq hissi verir. Cəsarətinizi itirdiyiniz zaman sarı rəngdən istifadə edə bilərsiniz.

Mavi: Sakitlik və sükunət rəngi olan mavi rəng qan axınını yavaşladır. Bu səbəblə, hiperaktiv uşaqların otağında mavi rəngdən istifadə edilməsinin faydalı olduğu deyilib. Mavi rəngin digər bir xüsusiyyəti isə dərinliyi və sonsuzluğu simvollaşdırmasıdır. Etimad hissi verir və mənəvi cəhətdən başqa, baş ağrısı və stress kimi sağlamlıq problemlərinin müalicəsinə kömək edir.

Yaşıl: Təbiət, məhsuldarlıq, comərdlik və sülhün rəngidir. Ruhani, rahatladıcı təsiri ilə canlandırır və hüzur bəxş edir. Yorğun olduğunuz günlərdə yaşıllıq olan yerlərdə vaxt keçirsəniz yorğunluğunuzun azalmasına yardımçı olacaq.

Rənglər ruhumuza necə təsir edir?

Rənglər ruh halımıza artıqlaması ilə təsir edir. Rəng cədvəlindəki hər rəng qruplara bölünür. İsti və soyuqluq kateqoriyasında toplaya biləcəyimiz rənglər hiss etdirdikləri və çağırışları ilə insan psixologiyası üzərində həlledici rol oynayır. Qırmızı, narıncı, sarı və bu rənglərin bütün çalarları isti rəng kateqoriyasına aid edilir.

Bu rənglərin təsirləri güclüdür. Soyuq rənglər kateqoriyasına aid olanlar isə mavi və yaşıldır. Soyuq rənglər isti rənglərdən daha sakit bir enerjiyə malikdir və insanların sağlamlığında mühüm rol oynayır. “İki sahil”