Rəhman Rəhmanov balacalara sevinc bəxş etdi

581

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, Respublikanın əməkdar artisti, “Qızıl Dərviş” mükafatı laureatı Rəhman Rəhmanov Mingəçevir Dövlət Dram teatrının dəvəti ilə şəhərimizdə səfərdədir. O, səfər çərçivəsində uşaq bağçaları, körpələr evlərində qədim xalq nağılını – “Şəngülüm, Şüngülüm, Məngülüm”ü kuklaların dili ilə uşaqlara çatdırıb. Onun təqdim etdiyi bu tamaşa mingəçevirli balaca fidanlar tərəfindən çox böyük sevinclə qarşılanıb.
Azyaşlı tamaşaçılar qarşısında çıxış edən əməkdar artist uşaqlarla, müəllim və valideyinlərlə maraqlı görüşlər də keçirib.
Onu da qeyd edək ki, uşaqların sevimlisi olan əməkdar artist Rəhman Rəhmanov bu ilin oktyabr ayında Mingəçevir Dövlət Dram teatrının dəvəti ilə yerlı aktyorlarla birgə iki tamaşa da hazırlayacaq.
Esmira Hidayətova