Qurultay başlayıb

Bu gün Akademik Dram Teatrda Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayı keçirilir. Qurultayda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Fikrət Qoca, Sabir Rüstəmxanlı, tanınmış qazax yazıçı Oljas Süleymenov və başqaları iştirak edir.

 

Xalq yazıçısı Anar bildirib ki, qurultay nümayəndəsi seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək qurultayda iştirak edir.