Qurbanların sayı 900 nəfərə çatıb

0
421

Haitidə “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 900 nəfərə yüksəlib. Türkiyə mediasının verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları bildiriblər. “Metyu” Atlantik okeanında son on ilin ən şiddətli qasırğası sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.