Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib

468

“İki ay vaxtımız var, rəqibi daha yaxından tanıyacağıq”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

“Qarabağ” pley-offda Fransa “Marsel”i ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək. Püşkatma İsveçrənin Nyon şəhərində keçirilib.

Qeyd edək ki, pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.