Qurban Qurbanov: “Gündəlik marşrutum belədir: ev-iş-ev”

596

Qurban Qurbanov… “Qarabağ”ın baş məşqçisi… Onu ölkəmizdə, demək olar ki, hər kəs tanıyır. Buna rəğmən, biz onu bir daha oxucularımızla görüşdürmək, onun daxili aləminə bir daha “səyahət etmək” fikrinə düşdük. Bu məsələdə bizə “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yardımçı oldu. Qurban bəylə vədələşdiyimiz vaxtda, saat 13-də “Qarabağ” futbol klubunun yeni inşa olunmuş bazasındakı iş otağında görüşdük. Bizi olduqca səmimi qəbul edən Qurban Qurbanova işinin çoxluğuna baxmayaraq, bizimlə həmsöhbət olmağa razılıq verdiyinə görə təşəkkürlərimizi bildirib, söhbətə başladıq.

–              “Qatlayıb dizinin altına qoyar,

Alim Bəxtiyarı şair Bəxtiyar”.

Qurban bəy, yəqin ki, bu məşhur misralar sizə də tanışdır. Bu misraları sizin həyat fəaliyyətinizə uyğunlaşdırsaq, belə bir sual ərsəyə gəlmiş olar: baş məşqçi Qurban Qurbanov futbolçu Qurban Qurbanovu, yoxsa futbolçu Qurban Qurbanov baş məşqçi Qurban Qurbanovu qatlayıb dizinin altına qoya bilər?

– Bəri başdan deyim ki, həm futbolçu kimi, həm də baş məşqçi kimi çatışmazlıqlarım çoxdur. Bu mənada hələ ki, hər iki sahədə də zəif olmuşam. Bir də mən futbolçu kimi karyeramı bitirmişəm, amma baş məşqçi kimi fəaliyyətimi davam etdirirəm. Bu mənada hələ bu sahədə görəcəyəm işlər çoxdur. Futbol idmanın elə bir növüdür ki… Odur ki, hələlik bu suala konkret cavab vermək doğru olmazdı.

– Amma futbol azarkeşlərinin əksəriyyət sizin baş məşqçi kimi daha güclü olduğunuzu iddia edirlər…

– Mən belə düşünmürəm. Bəlkə, kənardan belə görünə bilər. Yenə deyirəm, baş məşqçi kimi, məncə, yenə də güclü deyiləm. Bir də məşqçilik elə bir sahədir ki, burada gərək özünü heç vaxt güclü saymayasan. Məncə, uğur qazanmaq istəyən hər baş məşqçi bu düşüncədə olmalıdır.

– Qurban bəy, səhv etmirəmsə, 43 yaşınız var. Hansı oyunun 43-cü dəqiqələri yaddaşınıza əbədi həkk olunub?

– Sual gözlənilməz oldu. Deyə bilmərəm…

– Bu gün Qurban Qurbanov baş məşqçisi olduğu komandanın, “Qarabağ”ın sinoniminə çevrilib. Yəni Qurban Qurbanov dedikdə “Qarabağ”, “Qarabağ” dedikdə Qurban Qurbanov yada düşür. (Mənim şəxsi fikrmicə isə Qurban Qurbanov hətta “Qarabağ”ın simvoluna bərabər anlamdadır-Q.R.). Bu fikrə sizin münasibətinizi bilmək maraqlı olardı.

– Mən, sözün düzü, bununla bağlı çox açıqlama vermək istəməzdim. Amma onu deyə bilərəm ki, bu fikirdə olsam, mənim işim bitmiş olar. Yenə deyirəm, məşğul olduğum sahə elədir ki, gərək özündən razı olmayasan. Əgər bu gün bu və ya digər komandaya böyükhesabla qalib gəlib eyforiyaya qapılsan, növbəti oyunlarda hər hansı bir məğlubiyyəti heç cür izah edə bilməzsən.

– Artıq bu, bir faktdır ki, artıq Qurban Qurbanovun Azərbaycan futbolunda öz möhürü, öz imzası var. Daha hansı zəfərlərə möhür vurmaq, imza atmaq niyyətindəsiniz?

– Komandamızın hər bir üzvü daşıdığımız adın, yəni “Qarabağ”ın məsuliyyətini yaxşı dərk edir, azarkeşlərin də bu komandaya olan simpatiyasını yaxşı dəyərləndirir. Bəli, bu gün azarkeşlərimiz kiçik bir uğurumuzu belə çox yüksək qiymətləndirirlər. Amma unutmayaq ki, bizim bu gün Avroliqada etdiklərimizi Avropanın bir çox klubları dəfələrlə nümayiş etdiriblər. Bu mənada bizim qazandığımız nailiyyətlər çox kiçikdir.

Bir də bu gün nailiyyət əldə etmək bizim borcumuzdur. Bu, həm də futbolumuzun inkişafının göstəricisidir. Əgər nailiyyətlər olmasaydı, təbii ki, heç bir inkişafdan söz gedə bilməzdi. Bəli, bu gün biz aldığımız dəstəyin, eləcə də ən kiçik nailiyyətimizin belə yüksək qiymətləndirildiyinin fərqindəyik. Artıq xeyli müddətdir ki, bu sevinci yeniləyə bilmirik və mənə elə gəlir ki, növbəti uğur üçün azarkeşlərimiz, biz də çox darıxmışıq. Məqsədimiz tez bir zamanda azarkeşlərimizi sevindirməkdir.

“Hər işdə bir xeyir var”

– Qurban bəy, ötən il qrup mərhələsində “Qarabağ”ın İtaliyanın “İnter” komandasının qapısına vurduğu, lakin hakim tərəfindən hesaba alınmayan o qol yadınıza düşəndə hansı hissləri keçirirsiniz? Həmin haqsızlıq, yəqin ki, sizi daha çox yandırıb-yaxdı. Halbuki həmin qol “Qarabağ” üçün daha geniş üfüqlər aça bilərdi…

– Mən həmin oyundan sonra təəssüflənsəm də, bu hadisəni normal bir futbol prinsipi kimi qəbul etdim. Bir də, görünür, belə bir şey qismətimizdə yox imiş. Olsaydı, o qol qeydə alınardı. Necə deyərlər, hər işdə bir xeyir var, məncə. Bəlkə də o qolla qrupdan çıxsaydıq, növbəti oyunlarda əldə edəcəyimiz nəticələr bizi geriyə sala bilərdi.

Bəli, həmin qoldan, demək olar ki, dünyanın əksər futbol şərhçiləri, futbolsevərləri dönə-dönə söz açdılar və açmaqdadırlar. Bu mənada həmin qol həm də komandamızın, üstəlik, Qarabağın təbliğində mühüm rol oynadı, “Qarabağ”ı məşhurlaşdırdı. Fikrimcə, qol qeydə alınsaydı, qalib gəlsəydik, qələbəmizdən bir neçə gün danışılacaqdır, bununla da mövzu qapanacaqdır. Yəni belə rezonans doğurmayacaqdır.

Yeri gəlmişkən, ölkə başçısı cənab İlham Əliyev də ötən ilin dekabr ayında “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən bu qola öz münasibətini bildirib və bizi həmin oyunun qalibi kimi dəyərləndirib. O, dekabrın 11-də “İnter” komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirib. Üstəlik, qeyd edib: “Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”. Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü də deyib.

– Bəzən mənə elə gəlir ki, dünyada ən uzun söz 3 hərfdən ibarət “qol”dur (Qooooo…l). Sizcə, həmin qolu, əgər belə demək mümkünsə, yetişdirmək üçün nələrdən keçmək lazımdır?

– Mən deyərdim ki, elə həmin qollar da çox uzun yollardan keçib gəlir. Bu yolların da öz çətinlikləri olur. Odur ki, bunun üzərində hər gün çalışmalar aparılır. Yəni bütün məşqlərin əsas məqsədi qol vurmaq yollarını axtarmaqdır. Bir də… bir qolla hər şey bitsəydi daha asan olardı. Uğur əldə etmək üçün təkcə vurulan qolu fikirləşməli deyilsən, həm də qol buraxmamağı düşünməlisən.

– İndiyədək Qurban Qurbanov həyatda ofsayta düşübmü?

– Ofsayda düşməyən insan yoxdur, məncə. Unutmayaq ki, həyat da insandan diqqət tələb edir. Bu mənada diqqətli olmalıyıq ki, əksər hallarda oyundan kənar vəziyyətə düşməyək. Mənə gəldikdə isə, mən həmişə oyunun içində olmağa çalışmışam.

“Şükürlər olsun ki…” və yaxud “Məni kökləyən “Qarabağ”dır”

– Müsahibələrinizin birində futbolçu kimi Serbiya yığmasına vurduğunuz qolun ən yaddaqalan qolunuz olduğunu bildirmisiniz. Bəs baş məşqçi kimi “Qarabağ”ın hansı qolu sizin yaddaşınıza əbədi həkk olunub?

– Bakıda Avropa liqasının ikinci təsnifat mərhələsində Norveçin “Rosenborq”una qalib gəldiyimiz oyun və həmin oyunda Rəşad Sadıqov tərəfindən vurulan yeganə qol (Bu komanda ilə səfər oyununda heç-heçə oynamışdıq). Həmin oyun və həmin qol ona görə daha çox yaddaşıma həkk olunub ki, matç Ağdamın işğalı günü ilə (həmin il Ağdamın işğalından 16 ötürdü) üst-üstə düşmüşdü). Təbii ki, bu da bizim məsuliyyətimizi birə-beş artırırdı. O günü yaxşı xatırlayıram. Tofiq Bəhramov adına Respublika Stadionu azarkeşlə dolu idi. Oyuna alayı bir maraq vardı. Onu da deyim ki, həmin il mənim rəhbərliyim altında “Qarabağ”ın Avroliqada ilk iştirak etdiyi il idi.

– Və bu oyun “Qarabağ”ın özünəinamında mühüm rol oynadı…

– Təbii ki, belə demək olar. Yenə deyirəm, həmin oyun çox vacib bir oyun idi. O oyunda hamı bizdən qələbə gözləyirdi. Şükürlər olsun ki, biz qələbə əldə edə bildik. Fikrimcə, həmin  zəfərimizdə azarkeşlərin də kifayət qədər rolu oldu.

– Tarixdə müxtəlif müəlliflər tərəfindən “Qarabağnamə”lər yazılıb. Bəs Qurban Qurbanovun Azərbaycan futbolunun “Qarabağnamə”sini yazıya almaq fikri varmı?

– Kim bilir, bəlkə, kimsə bunu məndən öncə qələmə alacaq. Kim bilir, bəlkə yazmağa başlayan var. Bir də bizim elə fanatlar var ki, “Qarabağ”ın keçirdiyi bütün oyunların hər dəqiqəsini məndən də yaxşı formada yaddaşlarına həkk ediblər. Amma şəxsən mən özüm yazmağı düşünmürəm. Mən bir baş məşqçi kimi üzərimə düşən vəzifənin öhdəsindən maksimum gəlməyə çalışıram.

– Bununla bağlı kimsə sizə müraciət etsə, yardımçı olarsınızmı?

– Böyük məmnuniyyətlə… Bir də unutmayın ki, yazılacaq həmin “Qarabağnamə”nin daha oxunaqlı olması bizdən də asılıdır.

– Yeri gəlmişkən, indiyədək səhnəmizdə futbola aid sırf bir tamaşa yoxdur. Sizə elə gəlmirmi artıq belə bir tamaşaya ehtiyac var. Bəlkə futbol özü elə bir tamaşa olduğuna görə buna fikir verən yoxdur?

– Bəri başdan deyim ki, son illər teatrlara üz tutmuram. İnanın ki, bu, mənim sənət aləminə, sənət adamlarına laqeydliyimdən irəli gəlmir. Bu, sadəcə, gündəlik, həm də məsuliyyətli işimin çoxluğundan irəli gəlir. Fikrim həmişə komandamızın ölkəmizi layiqli təmsil etməsindən ibarətdir ki, bunun da üzərində hər gün, hər saat işləyirəm. Hətta istirahət günlərim belə olmur. O ki qaldı futbol və səhnədə qoyulan tamaşalar məsələsi… Əlbəttə, futbolla teatr arasında bir bənzərlik var. Sadəcə, şərtlər başqa cür, tələblər fərqlidir. Amma mənə belə gəlir ki, nə vaxtsa futbolla bağlı bir səhnə əsəri də olacaq.

–  Bir var qələbədən sonrakı yorğunluq, bir də var məğlubiyyətdən sonrakı… Yorğunluğunuzu almaq üçün nə edirsiniz?

–  Sizə bir sirr açım da: qələbə çalanda da yorğunluğum özünü büruzə verir, amma canımdan tez çıxır. Məğlub olduğum oyunun yorğunluğunu isə günlərlə daşımalı oluram. Bəzən elə olur ki, gecələr rahat yata bilmirəm. Ümumi halda götürəndə isə, sözün düzü, yorğunluğumu çıxarmağa vaxtım olmur. Çünki daim işdə oluram. Bu mənada elə yorğunluğumu da işdə, hə, bir də evdə alıram.

– Yəni heç bir başqa məkana üz tutmursunuz?

– Mənim, əgər belə demək mümkünsə, gündəlik marşrutum belədir: ev-iş-ev. Heç dostlarım da çox deyil. Hərdən qardaşım Musa ilə birlikdə çay süfrəsi arxasında söhbət edirəm.

1“Messi talantlı futbolçudur, amma Ronaldo onunla müqayisədə daha çox zəhmətkeşdir”

– Qurban bəy komandanı oyunlara necə kökləyir?

– Bizdə demək olar ki, iş qurulub. Bu mənada komandanı bu və digər oyuna kökləmək çətin olmur. Kökləmə prosesində hər bir oyunçunun fiziki durumunun qaydasında olması önəmlidir. Bunu isə oyuna qədərki məşq prosesində görmək mümkündür. Tapşırıqlarımla onları oyuna ruhlandırıram. Təbii ki, bütün bu prosesdə hər bir futbolçunun psixologiyasına bələd olmağım mühüm rol oynayır.

– Bəs Qurban bəyi oyunlara kim kökləyir?…

– Komandam – “Qarabağ”. Yeri gəlmişkən, mən hansı komandanın baş məşqçisi olduğumu yaxşı dərk edirəm. Ona görə də hər an bu komandanı, bu adı düşünürəm. Onu da deyim ki, yaxşı məşqçi olmağım üçün bu komanda mənə əlavə güc verib. Klubun adının “Qarabağ” olması da komandanın, o cümlədən mənim üzərimə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcəkdə komandamız xalqımızı sevindirməkdə davam edəcək.

“Dəcəl şagird olmuşam”

– Konfet dedikdə Qurban Qurbanovun təhsil aldığı məktəbin zavuçu Yusif müəllim yadına düşür. (Müsahiblərin birində Qurban Qurbanov nəql edib ki, Yusif müəllim qonşusu idi. Yusif müəllim hər dəfə onu görəndə konfet verərmiş. O zaman ya birinci, ikinci sinifdə oxuyurmuş. Bir gün necə olubsa Yusif müəllim onların darvazasının yanından keçərkən Qurbana  konfet verməyibmiş. Deyib ki, gəl məktəbə gedək, orda verəcəm konfet. Beləcə, söhbət eləyə-eləyə gediblərmiş. Məktəbə çatanda deyib ki, konfet yoxdur. Qurban da söyləyib ki, necə yəni yoxdur? Müəllim deyib ki, bəs bu gün evdən konfet götürməyi unudub. Qurban müəlliminin bu hərəkətindən çox hirslənib. Odur ki, əyilib yerdən daş götürüb onu vurmaq istəyib. Bunu görən Yusif müəllim başlayıb qaçmağa, Qurban da dalınca. Müəllimin bu imdadına uşaqlar çatıb). Bəs digər müəllimlər hansı özəl xasiyyətləri ilə həyatınızda izlər qoyublar?

– Yaddaşımda qalmayan müəllimim, demək olar ki, yoxdur. Bütün müəllimlərimlə bağlı müəyyən xatirələrim var. Onu da deyim ki, dəcəl şagird olmuşam. Bütün müəllimlərin dərslərində dəcəllik etmişəm. Hər müəllimlə də müəyyən konfliktim olub. Hətta buna görə direktorumuz Həşim müəllim məni danlayıb. Ancaq müəllimlərim mənim xətrimi çox istəyiblər. Riyaziyyatı çox sevdiyimə görə bu fənni tədris edən Gülnaz müəllimə mənə böyük ümidlər bəsləyirdi. Lakin yuxarı siniflərdə futbolla əlaqədar bu fəndən də soydum. İlk müəllimim Gülşən xanım (Allah rəhmət eləsin) olub ki, mənim həyatımda onun da xüsusi yeri var. Bu sözləri deyəndə tarix müəlliməm Pərixanım yadıma düşdü. Dərs prosesində onunla konfliktim yaranmışdı (Mən 5 nömrəli məktəbin 8-ci sinfini fərqlənmə ilə başa vurandan sonra 3 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm). Odur ki, bir dəfə mən dərsə hazır olduğum halda, müəlliməyə hazırlıqsız olduğumu söylədim, o da mənə “2” yazdı. Bu proses 4 gün belə davam etdi. Halbuki müəllim görürdü ki, mən hər dərsdə uşaqlara kömək etməyə çalışıram. Nə isə, beşinci gün müəlliməm mənə çox səmimi yanaşdı. Və mən də onun dərsində daha fəal oldum. Hətta ardıcıl beş gün “5” aldım. Rüblüyüm də “5” oldu. Amma onu da deyim ki, dərslərə kifayət qədər vaxt ayırmasam da, müəllimlərin söylədiklərindən yükümü tuturdum, yəni məlumatlı olurdum, bu da mənə qiymət almaq üçün kifayət edirdi.

– Atanız, ananız ziyalı olublar?

– Yox, onlar fəhlə olublar. Amma anam yaxşı oxuyan şagirdlərdən biri olub. Lakin imkansızlıqdan ali təhsil ala bilməyib.

– Futbolçu olmasaydınız, hansı peşənin ardınca gedərdiniz?

– Deyə bilmərəm. Amma valideynlərim həmişə məndən oxumağı tələb edərdilər. İstəyirdilər ki, ali məktəbə qəbul olum.

“Qardaşım yetərincə təcrübəlidir”

– Bir zamanlar “Qalatasaray”da ad çıxarmış Fateh Terim milliyə gətirildi. Qurban Qurbanovdan da belə bir gediş gözlənilirmi?

– Açığı bizi həyatda nələr gözlədiyini bilmirik… Hər şey Allahın əlindədir. Odur ki, mənim fikrimcə, biz sadəcə çalışmalıyıq ki, hər işimizdə məsuliyyətli olaq, bizə güvənənlərin etimadını doğruldaq.

– Bu günkü Azərbaycan futbolunu necə xarakterizə edərdiniz?

– Bəri başdan deyim ki, ölkə başçısı son illər bu sahəyə də kifayət qədər diqqət yetirir. Məhz bunun nəticəsidir ki, indi futbolda da müəyyən nailiyyətlər əldə olunur. Təkcə bir faktı deyim ki, bu gün hər bir klubda 200-dən çox uşaq futbolla məşğul olur. Hər klubdan 4-5 yaxşı oyunçu çıxsa, futbolumuzun sabahı da ümidverici olacaq.

– Yeri gəlmişkən, oğlunuz Musa da həmin 4-5 nəfərin arasında ola bilərmi?

– Bu barədə nəsə demək hələ tezdir. Amma üzərində daha çox çalışsa ola bilər.

– Hansı futbolcunu daha çox bəyənirsiniz?

– Hamı kimi mən də bu günün lider futbolçularını, o cümlədən Messini, Ronaldonu bəyənirəm. Amma bir idmançı kimi Ronaldonu prinsipiallığına görə həmişə nümunə göstərirəm. Niyə? Çünki Messi talantlı futbolçudur, amma Ronaldo onunla müqayisədə daha çox zəhmətkeşdir. O neçə illərdir ki, formasını saxlayır. Bu isə hər futbolçuya xas olan xüsusiyyət deyil. Məncə, o, bu xüsusiyyətinə görə Messini də üstələyir. O zəiflik etsə idi, tez gözdən itərdi.

– Qvardiolanın belə bir kəlamı var: “Barselona”da Messini dünyanın ən yaxşı futbolçusu etməyə çalışdım. Amma o, məni dünyanın ən yaxşı baş məşqçisi etdi. Qurban bəyin belə bir futbolçusu varmı?

– Bu barədə bizim danışmağımız, məncə, hələ tezdir.

– “Qarabağ” mənim üçün birinci yerdə dursa da, “Neftçi”yə həmişə azarkeşlik etmişəm”. Bu sözlərin müəllifi sizsiniz. Bu sevgi indi də davam edirmi?

– Bəli, davam edir. Sovetlər dönəmində, eləcə də müstəqillik illərində “Neftçi” məmləkətimizin ən populyar komandası olub. Hər bir futbolçu da bu komandanın heyətində çıxış etməyi arzulayıb. O cümlədən mən də. Çox şükürlər olsun ki, həmin komanda həm futbolçu, həm də məşqçi kimi çıxış etmək mənə də nəsib olub. Bu mənada “Neftçi” mənim üçün həmişə əzizdir. O komandanın uğurlarına daim sevinirəm. Bu gün də ona uğurlar diləyirəm.

– “Simurq”un dağılmasından sonra AFFA-nın “Zaqatala” adlı klub yaradılması haqda qərar qəbul etdi. O komandanın dağılması sizə necə təsir etdi?

– Təbii ki, təsirsiz ötüşmədi. Güclü komandalardan biri idi. Onun birdən-birə liqanı tərk etməsi Azərbaycan üçün itki idi.

– Hazırda həmin komandaya böyük qardaşınız rəhbərlik edir. Onun sizin köməyinizə ehtiyacı varmı?

– Qardaşım yetərincə təcrübəlidir. Bu mənada mənim köməyimə ehtiyacı yoxdur.

– Görəsən, nə vaxtsa ölkəmizdə müəyyən uğurlara imza atmış legionersiz komanda olacaqmı?

– Mənim fikrimcə, bu, mümkünsüzdür. Ümumiyyətlə, futbol bunu tələb edir. Unutmayın ki, bu gün dünyanın heç bir aparıcı komandasını legionersiz təsəvvür etmək mümkün deyil.

– Baş məşqçinin əsas işi təbii ki, rəqibini udmaq üçün baş sındırmaqdır. Görəsən, Qurban bəy hansı komanda ilə oyunda daha çox baş sındırıb?

– Mən bu suala belə cavab vermək istəyirəm. Qurban Qurbanov öz komandasının uğurları üçün daha çox baş sındırır. Təbii ki, rəqibləri də həmişə saf-çürük edirəm.

“Reallıqdan çıxış etsək…”

– Qurban bəy, “Qarabağ” bu ayın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”lə keçirəcək oyuna necə hazırlaşır?

– Hazırlıq istədiyimiz şəkildə getmir. Bildiyiniz kimi, bu ayın 17-də milli komandamız Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək. Həmin matçın hazırlıq prosesinə bizim komandanın bəzi üzvləri də cəlb olunublar. Digər tərəfdən, həm Almaniya, həm də Bosniya millilərinə bizim komandanın oyunçuları dəvətlidirdir. Yəni bütün futbolçular, əgər belə demək mümkünsə, əlimizdə deyil. Bu bizim üçün problemdir. Bu da həmin oyuna tam heyətlə, başqa sözlə desək, istədiyimiz kimi hazırlaşmağa imkan vermir. Üstəlik, həmin matça qədər, daha doğrusu, bu ayın 21-də bizim “Kəpəz”lə çox vacib bir oyunumuz var. Bildiyiniz kimi, “Kəpəz” hazırda yaxşı oyun nümayiş etdirir. Hətta “Qəbələ”ni belə məğlub etdi. Elə bu kimi səbəblərdən biz də bu oyuna çox ciddi yanaşmalıyıq. Deməli, belə, oyunçular ayın 18-də bazaya qayıdacaqlar, istirahət edəcəklər. Bundan bir neçə gün sonra isə oyuna çıxmalıdırlar. Yəni oyuna hazırlaşmağa kifayət qədər vaxtımız olmayacaq. Biz “Kəpəz”lə oyundan yaxşı nəticə almağı bacarmalıyıq ki, ingilislərlə oyunda qalibiyyətə inamımız daha da artsın. Yenə deyirəm, həyatda mümkünsüz heç nə yoxdur. Dəfələrlə onu da demişəm mən öz azarkeşlərimiz qarşısında məğlub olmaq istəmirəm. Hər şeyin ən yaxşısını etməyə çalışacağıq ki, “Tottenhem”ə məğlub olmayaq. Reallıqdan çıxış etsək, rəqibimiz bizdən çox güclüdür.

– “Qarabağ” orada, yəni “Vayt Hart Leyn” stadionunda, demək olar ki, başa-baş oynadı.

– Başa-baş deməzdim. Sadəcə, pis oynamadıq. Mən öz oyunçularıma güvənirəm. Yenə deyirəm, onlar hər komponent üzrə bizdən üstündürlər. Amma biz komanda şəklində ən yaxşısını etməyə çalışacağıq.

– “Qarabağ”ın da yer aldığı “J” qrupunda hazırda vəziyyət gərgindir…

– Hazırda qrupda bizdən başqa hamı favoritdir. Amma xallara baxsaq, bizim də şansımız var. Qarşıdakı oyunları layiqincə keçirməklə güman edirəm ki, nəyə isə nail ola bilərik.

– Qurban bəy, deyilənlərə görə, Reynaldonun yoxluğu komandaya təsir edir. Bu fikrə sizin münasibətiniz necədir?

– Mən həmişə demişəm ki, təkcə Reynaldonun deyil, ümumiyyətlə, hər bir futbolçunun kənarda qalması komandaya təsir edir. Mənim məşqçi kimi də seçimim azalır. Amma mən hər bir futbolçuma güvənirəm. Reynaldonun olmaması hər hansı problem yaşada bilməz. Biz Reynaldosuz da, Rəşadsız da, Almeydasız da dəfələrlə oynamışıq. Bilirsinizmi, futbolun öz qanunları var: kimi zədələnir, kimi cəzalandırılır… Amma etiraf edək ki, yerləri görünür.

– “Qarabağ”ın Avroliqanın son iki oyununda, “Monako” ilə matçları nəzərdə tuturam, 70-ci dəqiqədən sonra qol buraxması təsadüfdür, yoxsa yorğunluğun nəticəsidir?

– “Monako”, əgər səhv etmirəmsə, bütün oyunlarda elə 70-ci dəqiqədən sonra qol vurur. Belə hallara normal baxıram.

“Bizi həyatda nələr gözlədiyini bilmirik… Hər şey Allahın əlindədir. Odur ki, mənim fikrimcə, biz sadəcə çalışmalıyıq ki, hər işimizdə məsuliyyətli olaq, bizə güvənənlərin etimadını doğruldaq”.

– Qurban bəy komandanı oyunlara necə kökləyir?

– Bizdə demək olar ki, iş qurulub. Bu mənada komandanı bu və digər oyuna kökləmək çətin olmur. Kökləmə prosesində hər bir oyunçunun fiziki durumunun qaydasında olması önəmlidir. Bunu isə oyuna qədərki məşq prosesində görmək mümkündür. Tapşırıqlarımla onları oyuna ruhlandırıram. Təbii ki, bütün bu prosesdə hər bir futbolçunun psixologiyasına bələd olmağım mühüm rol oynayır.

– Bəs Qurban bəyi oyunlara kim kökləyir?…

– Komandam – “Qarabağ”. Yeri gəlmişkən, mən hansı komandanın baş məşqçisi olduğumu yaxşı dərk edirəm. Ona görə də hər an bu komandanı, bu adı düşünürəm. Onu da deyim ki, yaxşı məşqçi olmağım üçün bu komanda mənə əlavə güc verib. Klubun adının “Qarabağ” olması da komandanın, o cümlədən mənim üzərimə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcəkdə komandamız xalqımızı sevindirməkdə davam edəcək.

 

“Dəcəl şagird olmuşam”

– Konfet dedikdə Qurban Qurbanovun təhsil aldığı məktəbin zavuçu Yusif müəllim yadına düşür. (Müsahiblərin birində Qurban Qurbanov nəql edib ki, Yusif müəllim qonşusu idi. Yusif müəllim hər dəfə onu görəndə konfet verərmiş. O zaman ya birinci, ikinci sinifdə oxuyurmuş. Bir gün necə olubsa Yusif müəllim onların darvazasının yanından keçərkən Qurbana  konfet verməyibmiş. Deyib ki, gəl məktəbə gedək, orda verəcəm konfet. Beləcə, söhbət eləyə-eləyə gediblərmiş. Məktəbə çatanda deyib ki, konfet yoxdur. Qurban da söyləyib ki, necə yəni yoxdur? Müəllim deyib ki, bəs bu gün evdən konfet götürməyi unudub. Qurban müəlliminin bu hərəkətindən çox hirslənib. Odur ki, əyilib yerdən daş götürüb onu vurmaq istəyib. Bunu görən Yusif müəllim başlayıb qaçmağa, Qurban da dalınca. Müəllimin bu imdadına uşaqlar çatıb). Bəs digər müəllimlər hansı özəl xasiyyətləri ilə həyatınızda izlər qoyublar?

– Yaddaşımda qalmayan müəllimim, demək olar ki, yoxdur. Bütün müəllimlərimlə bağlı müəyyən xatirələrim var. Onu da deyim ki, dəcəl şagird olmuşam. Bütün müəllimlərin dərslərində dəcəllik etmişəm. Hər müəllimlə də müəyyən konfliktim olub. Hətta buna görə direktorumuz Həşim müəllim məni danlayıb. Ancaq müəllimlərim mənim xətrimi çox istəyiblər. Riyaziyyatı çox sevdiyimə görə bu fənni tədris edən Gülnaz müəllimə mənə böyük ümidlər bəsləyirdi. Lakin yuxarı siniflərdə futbolla əlaqədar bu fəndən də soydum. İlk müəllimim Gülşən xanım (Allah rəhmət eləsin) olub ki, mənim həyatımda onun da xüsusi yeri var. Bu sözləri deyəndə tarix müəlliməm Pərixanım yadıma düşdü. Dərs prosesində onunla konfliktim yaranmışdı (Mən 5 nömrəli məktəbin 8-ci sinfini fərqlənmə ilə başa vurandan sonra 3 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm). Odur ki, bir dəfə mən dərsə hazır olduğum halda, müəlliməyə hazırlıqsız olduğumu söylədim, o da mənə “2” yazdı. Bu proses 4 gün belə davam etdi. Halbuki müəllim görürdü ki, mən hər dərsdə uşaqlara kömək etməyə çalışıram. Nə isə, beşinci gün müəlliməm mənə çox səmimi yanaşdı. Və mən də onun dərsində daha fəal oldum. Hətta ardıcıl beş gün “5” aldım. Rüblüyüm də “5” oldu. Amma onu da deyim ki, dərslərə kifayət qədər vaxt ayırmasam da, müəllimlərin söylədiklərindən yükümü tuturdum, yəni məlumatlı olurdum, bu da mənə qiymət almaq üçün kifayət edirdi.

– Atanız, ananız ziyalı olublar?

– Yox, onlar fəhlə olublar. Amma anam yaxşı oxuyan şagirdlərdən biri olub. Lakin imkansızlıqdan ali təhsil ala bilməyib.

– Futbolçu olmasaydınız, hansı peşənin ardınca gedərdiniz?

– Deyə bilmərəm. Amma valideynlərim həmişə məndən oxumağı tələb edərdilər. İstəyirdilər ki, ali məktəbə qəbul olum.

 

“Qardaşım yetərincə təcrübəlidir”

– Bir zamanlar “Qalatasaray”da ad çıxarmış Fateh Terim milliyə gətirildi. Qurban Qurbanovdan da belə bir gediş gözlənilirmi?

– Açığı bizi həyatda nələr gözlədiyini bilmirik… Hər şey Allahın əlindədir. Odur ki, mənim fikrimcə, biz sadəcə çalışmalıyıq ki, hər işimizdə məsuliyyətli olaq, bizə güvənənlərin etimadını doğruldaq.

– Bu günkü Azərbaycan futbolunu necə xarakterizə edərdiniz?

– Bəri başdan deyim ki, ölkə başçısı son illər bu sahəyə də kifayət qədər diqqət yetirir. Məhz bunun nəticəsidir ki, indi futbolda da müəyyən nailiyyətlər əldə olunur. Təkcə bir faktı deyim ki, bu gün hər bir klubda 200-dən çox uşaq futbolla məşğul olur. Hər klubdan 4-5 yaxşı oyunçu çıxsa, futbolumuzun sabahı da ümidverici olacaq.

– Yeri gəlmişkən, oğlunuz Musa da həmin 4-5 nəfərin arasında ola bilərmi?

– Bu barədə nəsə demək hələ tezdir. Amma üzərində daha çox çalışsa ola bilər.

– Hansı futbolcunu daha çox bəyənirsiniz?

– Hamı kimi mən də bu günün lider futbolçularını, o cümlədən Messini, Ronaldonu bəyənirəm. Amma bir idmançı kimi Ronaldonu prinsipiallığına görə həmişə nümunə göstərirəm. Niyə? Çünki Messi talantlı futbolçudur, amma Ronaldo onunla müqayisədə daha çox zəhmətkeşdir. O neçə illərdir ki, formasını saxlayır. Bu isə hər futbolçuya xas olan xüsusiyyət deyil. Məncə, o, bu xüsusiyyətinə görə Messini də üstələyir. O zəiflik etsə idi, tez gözdən itərdi.

– Qvardiolanın belə bir kəlamı var: “Barselona”da Messini dünyanın ən yaxşı futbolçusu etməyə çalışdım. Amma o, məni dünyanın ən yaxşı baş məşqçisi etdi. Qurban bəyin belə bir futbolçusu varmı?

– Bu barədə bizim danışmağımız, məncə, hələ tezdir.

– “Qarabağ” mənim üçün birinci yerdə dursa da, “Neftçi”yə həmişə azarkeşlik etmişəm”. Bu sözlərin müəllifi sizsiniz. Bu sevgi indi də davam edirmi?

– Bəli, davam edir. Sovetlər dönəmində, eləcə də müstəqillik illərində “Neftçi” məmləkətimizin ən populyar komandası olub. Hər bir futbolçu da bu komandanın heyətində çıxış etməyi arzulayıb. O cümlədən mən də. Çox şükürlər olsun ki, həmin komanda həm futbolçu, həm də məşqçi kimi çıxış etmək mənə də nəsib olub. Bu mənada “Neftçi” mənim üçün həmişə əzizdir. O komandanın uğurlarına daim sevinirəm. Bu gün də ona uğurlar diləyirəm.

– “Simurq”un dağılmasından sonra AFFA-nın “Zaqatala” adlı klub yaradılması haqda qərar qəbul etdi. O komandanın dağılması sizə necə təsir etdi?

– Təbii ki, təsirsiz ötüşmədi. Güclü komandalardan biri idi. Onun birdən-birə liqanı tərk etməsi Azərbaycan üçün itki idi.

– Hazırda həmin komandaya böyük qardaşınız rəhbərlik edir. Onun sizin köməyinizə ehtiyacı varmı?

– Qardaşım yetərincə təcrübəlidir. Bu mənada mənim köməyimə ehtiyacı yoxdur.

– Görəsən, nə vaxtsa ölkəmizdə müəyyən uğurlara imza atmış legionersiz komanda olacaqmı?

– Mənim fikrimcə, bu, mümkünsüzdür. Ümumiyyətlə, futbol bunu tələb edir. Unutmayın ki, bu gün dünyanın heç bir aparıcı komandasını legionersiz təsəvvür etmək mümkün deyil.

– Baş məşqçinin əsas işi təbii ki, rəqibini udmaq üçün baş sındırmaqdır. Görəsən, Qurban bəy hansı komanda ilə oyunda daha çox baş sındırıb?

– Mən bu suala belə cavab vermək istəyirəm. Qurban Qurbanov öz komandasının uğurları üçün daha çox baş sındırır. Təbii ki, rəqibləri də həmişə saf-çürük edirəm.

 

“Reallıqdan çıxış etsək…”

– Qurban bəy, “Qarabağ” bu ayın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”lə keçirəcək oyuna necə hazırlaşır?

– Hazırlıq istədiyimiz şəkildə getmir. Niyə? Bildiyiniz kimi, bu ayın 17-də milli komandamız Moldova yığması ilə yoldaşlıq görüşü keçirdi. Həmin matçın hazırlıq prosesinə bizim komandanın bəzi üzvləri də cəlb olunmuşdular. Digər tərəfdən, həm Albaniya, həm də Bosniya millilərinə bizim komandanın oyunçuları dəvətli idilər. Yəni bütün futbolçular, əgər belə demək mümkünsə, əlimizdə deyildi. Bu da həmin oyuna tam heyətlə, başqa sözlə desək, istədiyimiz kimi hazırlaşmağa, təbii ki, imkan vermir. Digər tərəfdən, həmin oyuna az vaxt qalıb. Üstəlik, həmin matça qədər, daha doğrusu, bu ayın 21-də bizim “Kəpəz”lə çox vacib bir oyunumuz var. Bildiyiniz kimi, “Kəpəz” hazırda yaxşı oyun nümayiş etdirir. Hətta “Qəbələ”ni belə məğlub edib. Elə bu kimi səbəblərdən biz də “Kəpəz”lə oyuna çox ciddi yanaşmalıyıq. Biz “Kəpəz”lə oyundan yaxşı nəticə almağı bacarmalıyıq ki, ingilislərlə oyunda qalibiyyətə inamımız daha da artsın. Yenə deyirəm, həyatda mümkünsüz heç nə yoxdur. Dəfələrlə onu da demişəm mən öz azarkeşlərimiz qarşısında məğlub olmaq istəmirəm. Hər şeyin ən yaxşısını etməyə çalışacağıq ki, “Tottenhem”ə məğlub olmayaq. Reallıqdan çıxış etsək, rəqibimiz bizdən çox güclüdür.

– “Qarabağ” orada, yəni “Vayt Hart Leyn” stadionunda, demək olar ki, başa-baş oynadı.

– Başa-baş deməzdim. Sadəcə, pis oynamadıq. Mən öz oyunçularıma güvənirəm. Yenə deyirəm, onlar hər komponent üzrə bizdən üstündürlər. Amma biz komanda şəklində ən yaxşısını etməyə çalışacağıq.

– “Qarabağ”ın da yer aldığı “J” qrupunda hazırda vəziyyət gərgindir…

– Hazırda qrupda bizdən başqa hamı favoritdir. Amma xallara baxsaq, bizim də şansımız var. Qarşıdakı oyunları layiqincə keçirməklə güman edirəm ki, nəyə isə nail ola bilərik.

– Qurban bəy, deyilənlərə görə, Reynaldonun yoxluğu komandaya təsir edir. Bu fikrə sizin münasibətiniz necədir?

– Mən həmişə demişəm ki, təkcə Reynaldonun deyil, ümumiyyətlə, hər bir futbolçunun kənarda qalması komandaya təsir edir. Mənim məşqçi kimi də seçimim azalır. Amma mən hər bir futbolçuma güvənirəm. Reynaldonun olmaması hər hansı problem yaşada bilməz. Biz Reynaldosuz da, Rəşadsız da, Almeydasız da dəfələrlə oynamışıq. Bilirsinizmi, futbolun öz qanunları var: kimi zədələnir, kimi cəzalandırılır… Amma etiraf edək ki, yerləri görünür.

– “Qarabağ”ın Avroliqanın son iki oyununda, “Monako” ilə matçları nəzərdə tuturam, 70-ci dəqiqədən sonra qol buraxması təsadüfdür, yoxsa yorğunluğun nəticəsidir?

– “Monako”, əgər səhv etmirəmsə, bütün oyunlarda elə 70-ci dəqiqədən sonra qol vurur. Belə hallara normal baxıram.

Qvami Rəsulov, Səbahəddin Qurbanov