Qurban Qurbanov: “Bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq”

0
378

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah “Dalğa Arena”da Çexiyanın “Slovan”ı qəbul edəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında öz fikirlərini bildirib: “Həm bizə, həm də digər təmsilçimiz “Qəbələ”yə uğurlu start arzulayıram. 1 ildən sonra yenidən qrup mərhələsində mübarizəyə başlayacağıq. Rəqibimiz ciddidi. Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Daha sonra futbolçumuz Riçard Almeyda da oyun haqda da fikirlərini bildirib: “Sabah bizi çətin oyun gözləyir. Avropa Liqasında asan bir rəqib yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Digər Azərbaycan təmsilçisi “Qəbələ”yə də sabah uğurlar arzulayıram”.