Qurban Qurbanov: “Başqa çıxış yolumuz yoxdur”

535

“Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, bundan da daha ağır oyun bizi gözləyir. Hazırki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Bu sözləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Belarusun BATE klubu ilə səfərdə qarşılaşacaq Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl deyib.

Qeyd edək ki, bu gün keçiriləcək BATE – “Qarabağ” cavab oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilmiş ilk oyun Belarus təmsilçisinin üstünlüyü ilə başa çatıb – 1:0.