Qubanın rayon mərkəzinə 20 santimetr qar yağıb

40

Yanvarın 16-sı axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə qar yağıb.

Ən çox yağıntı Qubanın rayon mərkəzində qeydə alınıb. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Rayonun Qrız kəndində qarın hündürlüyü 15 santimetr, temperatur mənfi 15 dərəcə, Xaltanda isə qarın hündürlüyü 12 santimetr, temperatur isə mənfi 5,7 dərəcə olub. Şabran rayonunda və Xızının Altıağac qəsəbəsində 12 santimetr, Qusarın Yasab kəndində isə 5 santimetr qar müşahidə edilib.