Qubada meşədə itkin düşən uşaq tapılıb

0
304

İki gün əvvəl Quba rayonunun Əski İqrıq kəndində itkin düşən 6 yaşlı uşaq avqustun 30-da 09:45-də tapılıb.  Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları dağlıq və meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində olarkən itkin düşən Quba şəhər sakini Əliyev Natiq Namiq oğlunu meşədə tapıblar. Uşağın vəziyyəti normaldır.

Xatırladaq ki, Natiq Əliyev avqustun 28-də saat 16:00 radələrində itkin düşmüşdü. Yaxınlarının, kənd sakinlərinin və polis əməkdaşlarının ərazidə axtarış aparmasına baxmayaraq, həmin gün 6 yaşlı uşağı tapmaq mümkün olmayıb. Axtarış əməliyyatlarına FHN-nin Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri cəlb olunmuşdu.