Qubada “Hərənin öz ulduzu” olub

0
534

Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə qastrol səfərlərini davam etdirir.
Teatr kollektivi Qubadakı Bəşir Səfəroğlu adına mədəniyyət evində “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib.
Qastrol səfərinin məqsədi yay mövsümü ilə əlaqədar bölgə əhalisinin mədəni istirahətini, eləcə də bölgələrdə yaşayanların sevimli teatrı və aktyorları arasında canlı təmas yaratmalarını təmin etməkdir.
Teatrın kollektivi növbəti qastrol səfərini Şirvan bölgəsinə edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here