Qubada Azərbaycan – Türkiyə Qardaşlıq parkının açılışı olmuşdur

35

10 may 2021-ci il tarixdə Quba şəhərində yaradılmış “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olmuşdur. Xüsusi karantin rejiminin tələblərinə uyğun keçirilən açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağçı, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Azərbaycan – Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva, Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan təşkilatının təmsilçiləri – təşkilatın İdarə Heyəti sədrinin müavini Rəşad Cabirli, idarə heyətinin üzvləri Alim Şentürk, İrfan Şahin, Hüseyin Yapar və şöbə müdiri Muhterem Öz, Axısxa türklərinin “Vətən” İctimai Birliyinin Respublika təşkilatının sədri İsmayıl Rəhimov və bir qrup rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Mərasimdən əvvəl rayon rəhbərliyi və qonaqlar anadan olmasının 98-ci ildönümünü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət etmişlər. Daha sonra isə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində iki qardaş dövlətin şərəfinə yaradılmış parkın açılışı olmuşdur.