Qubada “Alma bayramı” keçirilib

551

Bu gün Quba rayonunda “Alma bayramı” keçirilib. Tədbirə millət vəkilləri, 20-dən çox xarici ölkələrin Azərbaycandakı nümayəndələri də qatılıb. Tədbirdə milli adət-ənənələri əks etdirən kompazisiyalar qurulub, rayonda becərilən alma sortları nümayiş olunub. Eləcə də almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyllər və işkilər iştirakçılara təqdim olunub. Bundan başqa, ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşib. Bayram tədbiri çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunub. Tədbir tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib.