Qonşumuz haqqında bilmədiklərimiz

519
– Rusiyanın təbii qaz ehtiyatları 13,2 milyard ədəd olimpik üzgüçülük hovuzunun həcminə bərabərdir.
– Bir insan Rusiyadakı Qaraçay gölünün sahilində dayanaraq ölümcül dozada radiasiya məruz qala bilər. Bunun səbəbi də gölün yaxınlığında yerləşən və 1990-cı ilə qədər varlığı gizlədilən Rusiyanın ən böyük nüvə stansiyalarından birinin gölün suyunu kirlətməsidir.

– Rusiyanın ümümi sahəsi Plutondan daha böyükdur. Rusiyanın sahəsi 17 milyon kvadrat kilometr, Plutonun isə 16,6 milyon kvadrat kilometrdir.

– II Dünya Müharibəsi zamanı SSRİ-də 1 milyondan çox qadın müharibədə iştirak edib. Qadınlardan snayper, tank ekipaj sürücüsü və s. kimi ön cəbhədə istifadə edilmişdi.

– Rusiyanın əhalisi 1993-cü ildən bu yana 6,6 milyon azalıb. 2010-cu ildə 141 milyon nəfər olan Rusiya əhalisinin sayının 2050-ci ildə 126 milyona azalması gözlənilir.

– Gündə 9 milyon sərnişin Moskva metrosundan istifadə edir. Bu London və Nyu-York metrolarının gündəlik sərnişin sayından çoxdur.

– Rusiya 1868-ci ildə Alyaskanı ABŞ-a 7,2 milyon dollara satıb. Amerikaya bura hektarı 2 sentten daha az bir qiymətə başa gəlib.

– Dünyadakı şirin su ehtiyatının beşdə biri Rusiyadakı Baykal gölündədir.

– Rusiyada cinayət nisbəti ABŞ-dan iki qat daha yüksəkdir. Hər 100 min adama 9,7 cinayət hadisəsi düşür.

– Rusiyada qaz, neft, maye qazı və neft məhsulların daşındığı boru kəmərləri uc-uca caladıqda dünya ətrafında altı dəfə dövrə vurmaq mümkündür.

– Rusiyanın cəmi 87 milyard barrel neft ehtiyatı var. Bu da ölkənin 75 illik istehlakını qarşılamağa kifayət edir.

– Rusiyada kirli avtomobil sürən şəxslər cərimələnir.

– Əfsanələrə görə Rusiyanın heç kimin bilmədiyi, hətta xəritədə də olmayan 15 gizli şəhəri var.

– Dünyadakı zənginləşdirilmiş uranın 50 faizi Rusiyadadır. Ölkənin əlində olan uran miqdarı təxminən 695 tondur.