“Qladiator” turnirin qalibi oldu

761

Mingəçevir Regional Debat Mərkəzinin və Ağdaş rayonu Muxtar Əfəndizadə adına Şəmsabad kənd orta məktəbin təşkilatçılığı ilə Ağdaşda ilk dəfə olaraq “Məktəb Daxili Debat Turniri” həyata keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin Tədris işləri üzrə direktor müavini Xanım Kərimova çıxış edərək bu kimi tədbirlərin gənclər, eləcədə şagirdlər arasında keçirilməsinin vacibliyinə toxundu.

deb2

Daha sonra çıxış edən Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə Ağdaş şəhərində Debat Turnirinin ilk dəfə Şəmsabad kənd orta məktəbin keçirilməsi münasibəti ilə məktəb kollectivini təbrik edərək, komandalara uğurlar arzuladı. E.Sadıqzadə qeyd etdi ki, 2017-ci ildə Ağdaşda Debat Mərkəzinin yaradılması qarşıda duran planlardandır. Qeyd edək ki, Mingəçevir Regional Debat Mərkəzinin hakimlər briqadası tərəfindən idarə olunan  turnirdə 8 komanda mübarizəyə başladı. Gərgin keçən debat raundlarının sonunda “Qladiator” komandası turnirin qalibi oldu. Sonda qalib komandaya Kubok, ən yaxşı 3 natiqə medal, bütün iştirakçılara isə sertifikat təqdim olundu.
Esmira Hidayətova,Mingəçevir.