Qızıl Aypara Cəmiyyəti  qazini ziyarət edib

0
183

 

Mingəçevir şəhər Qızıl Aypara Cəmiyyəti şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaralı qaziləri ziyarət edir, onlara yardımlar göstərilər. Cəmiyyət bu dəfə Qarabağ qazisi Məhəmməd Məmmədovu ziyarət edib. Məhəmməd 7 ildir hərbi hissədə MAXE (müddətdən artıq xidmət edən) kimi  sürücü olub.

O, Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb. Belə ki, Məhəmməd bir gözünü itirib, ayağının birindən də çox saylı  qəlpə yaraları alıb. Hazırda müalicə olunan qazimiz bizimlə söhbətində öz vəziyyətindən  məmnun olduğunu bildirdi. Üstəlik dedi ki, ağrıları çox olsa da qürur duyur: “Qürur duyuram  ki, vətən uğrunda bu ağrıları qazanmışam. Qürur duyuram ki, Vətənimizi yağı düşməndən azad edilməsində mənim də xidmətim var.”

Esmira Hidayətova, Mingəçevir