Qırız və Xınalıqa qar yağıb

0
214

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən azərtac-ın bölgə müxbirinə bildiriblər ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü bir santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb.

Xınalıq kənd sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.