Qırğızıstanda təyyarə evlərin üstünə düşüb

466

Qırğızıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30-u keçib.
Qırğızıstan Səhiyyə Nazirliyindən RİA “Novosti” agentliyinə bildirilib ki, hadisə yerindən 8 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sı uşaqdır. Nazirlikdən onu da bildiriblər ki, ölən və xəsarət alanların sayı barədə açıqlanan rəqəm son deyil, dəyişə bilər.
“Türk Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 747” yük təyyarəsi bu gün səhər Honkonq-Bişkek reysini yerinə yetirərkən qəzaya uğrayıb. Qırğızıstan FHN-in məlumatına görə, təyyarə Bişkek aeroportu yaxınlığında bağ evləri yerləşən qəsəbədə qəzaya düşüb.
Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var. apa