Orta əsrlərdən bəri bilinən, “Hirsutizm” adlandırılan və çox nadir rast gəlinən bu xəstəlik səhv xromosonlar səbəbi ilə yaranır. Bədənində həddindən artıq tüklənmə meydana gələn Supatra adının “Ginnes Rekordlar Kitabı”na salındığı üçün əvvəlki qədər kədərlənmədiyini, artıq üzündəki bu tüklərlə yaşamağa alışdığını bildirib. Lazer müalicəsi alan Supatra Sasuphanın kürəyindəki tüklər anası tərəfindən nizamlı olaraq təmizlənilir. İki yaşına qədər nəfəs almaqda çətinlik çəkən və 2 dəfə əməliyyat edilən Sasuphan gələcəkdə həkim olmaq istədiyini də ifadə edib.
Başları yapışıq əkizlər: Çinin cənub-qərbindəki Siçuan şəhərində bir xəstəxanada tək bədənli ancaq başları yapışıq əkizlər dünyaya gəlib. Çəkisi 4 kiloqram olan əkizlərin iki onurğası və iki yemək borusu var. Ancaq digər bütün orqanları ortaqdır. Qeyd edək ki, doğuşdan əvvəl edilən ultrasəs müayinələri zamanı körpənin ikibaşlı olduğu görünməyib. Ana da vəziyyəti doğumdan iki gün əvvəl edilən son müayinə zamanı öyrənib. Həkimlər bitişik əkizləri ayırmağın mümkün olmayacağını ancaq körpələrin yaşaması üçün əllərindən gələni edəcəklərini bildiriblər. Qeyd edək ki, 50 mində bir rast gəlinən bitişik əkiz hadisələrində körpələrin həyatda qalma şansı 25 faizə bərabərdir. |