Qeyri-adi istedada malik qız

0
484

Yusifzadə Fidan həmyaşıdlarından fərqli istedada malikdir. Belə ki, o, bütün sözləri, eləcə də cümlələri oxuduqdan sonra fikirləşmədən tərsinə deyir. Qeyri-adi istedada malik olan Fidan Mingəçevir Az.DRES qəsəbəsindəki 19 saylı məktəbin 7-ci sinifində oxuyur. Valideynləri əvvəllər Fidanın sözləri, cümlələri tərsinə oxunmasına fikir verməyiblər. Bu vərdişin ötəri olduğunu fikirləşiblər.

Fidanın anası Südabə Yusifovanın sözlərinə görə, onun bu bacarığı 9-10 yaşlarında televizorda kinoya baxandan sonra üzə çıxıb: “Bir gün məni çağırdı ki, ana, bax, mən burada deyilən sözləri tərsinə söyləyə bilirəm. Mən ona irad tutdum: dedim ki, niyə belə edirsən? Daha sonra kitablardan oxuduğu sözləri və ya ağızdan eşitdiyi sözləri çevirməyə başladı”.

Fidanın qeyri-adi istedadı bununla yekunlaşmır. O, ingilis, rus dillərində olan sözləri və yanıltmacları da fikirləşmədən tərsinə oxuyur. Onun bu bacarığı görənləri təəccübləndirir.

 

Esmira Hidayətova, Mingəçevir