Qazilər şəhid ailələrini ziyarət ediblər

205

 

Mingəçevir Gənclər evinin  əməkdaşları, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən igid  qəhrəmanlar – Namiq İbrahimli və Rəhim Çələbiyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İkinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Həsənov Musa və Tural qardaşlarının ailələrini ziyarət edib. Onlar  Şəhidlərimizin bizə əmanəti olan övladlarını da hədiyyələrlə sevindiriblər.

 

Qazi Namiq İbrahimli onlarla görüşərkən bildirib ki, şəhidlərimiz  hər zaman bizim qəlbimizdədilər: ”Bu gün sahib olduğumuz və qürur duyduğumuz Qələbəyə görə onlara borcluyuq”.

Qazilər digər şəhid ailələri ilə görüşəcəklərini və onları unutmayacaqlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir