Qazi Universitetinin rektoru Mingəçevirdə səfərdə olub

120

Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldız nümayəndə heyəti ilə Mingəçevirə səfərə gəib.

Qonaqlrı Mingəçevir şəhər İcra Hkimiyyətinin başçısı İlham İsmayılov qəbul edib. Onlar əvvəlcə Ulu Öndərin əziz xatirəsini yad edərək  heykəli önünə tər çiçəklər qoyublar.

Başçı qardaş ölkənin nümayəndə heyətini Mingəçevirdə görməyindən    məmnun olduğunu bildirib. Əvvəlcə  Vətən Müharibəsi dövründə göstərilən mənəvi dəstəyə, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdrılmasında nümayiş etdirilən fəallığa görə qardaş ölkəyə minnətdarlığını çatdırıb. Daha sonra qonaqlara  Mingəçevir  haqqında geniş məlumat verən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sənaye şəhəri Mingəçevirin  həm də  böyük turizm potensialına malik olduğunu bildirib. Görüşdə başçı  qonaqlara Mingəçevirin tarixi, istehsal müəssisələri, turizm, səhiyyə və təhsil sahəsində əldə edilən uğurlar barədə  də geniş məlumat verib.

Səmimi görüşdən məmun olan M.Yılmaz qardaş Azərbaycana olan sonsuz sevgisini bildirib. Mingəçevir Dövlət Universiteti ilə  qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına hazır olduğunu diqqətə çatdırıb. M.Yılmaz əsası 1926-cı ildə qoyulmuş və hazırda 40 mindən artıq tələbəsi olan Qazi Universitetində həyata keçirilən kadr hazırlığı istiqamətləri haqqında ətraflı məlumat verib.

Türkiyənin milli ali sistemində özünəməxsus yeri olan Qazi Universitetinin əldə etdiyi uğurlardan bəhs edən M.Yılmaz təmsil etdiyi universitetin bu ölkədə yeni yaradılmış bir sıra ali təhsil müəssisələrinin inkişafında fəal iştirak etdiyini bildirib. Tədqiqat universiteti olaraq həyata keçirdikləri çoxsaylı layihələrdən danışan M.Yılmaz akademik heyətin tədris bacarıqlarının inkişaf etdirilməsi, inzibati heyətin idarəetmə səriştəsinin artırılması, yeni ixtisasların yaradılması və digər sahələrdə MDU-ya müvafiq dəstək göstərəcəklərini deyib.

Nümayəndə heyəti ilə birgə görüşdə iştirak edən  MDU-nun rektoru Ş.Bayramov  zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik olan Qazi Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Sonda qonaqlara Mingəçevir haqqında hazırlanmş bukletlər, disklər, kitablar hədiyyə edilib.  Qazi Universitetinin rektoru Musa Yıldız da öz hədiyyəsini başçıya təqdim edib.

Esmira  Hidayətova, Mingəçevir