Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

0
162

Cümə günü Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Həlak olanlar arasında Qazaxıstan Generallar Şurasının sədri ədliyyə general-mayoru Rustem Kaydarov da var. 95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. №Z2100 reysi ilə uçan təyyarə yerli vaxtla saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub.

Qazaxıstanın sabiq dövlət başçısı Nursultan Nazarbayev həlak olanların ailələrinə başsağlığı verib.