Qazaxıstanda ermənilərə qarşı etiraz aksiyası keçirilib

0
272

Qazaxıstanda yüzlərlə insan 23 yaşlı yerli sakinin “Qədim Roma” restoranının yanında ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq Karaqandada kütləvi aksiya keçirib.

Qeyd edək ki, yerli sakinin ölümündə erməni diasporunun 3 nümayəndəsi şübhəli bilinir. Vətəndaşların kütləvi toplaşdığı ərazidə xüsusi təyinatlılar cəlb edilib, snayperlər isə binaların damında müşahidə aparırlar. Polis şəhərin küçələrini əhatəyə alıb. 

Aksiya iştirakçıları erməni diasporunun nümayəndələrini hadisəyə görə ittiham edərək, qətlə qarşı hiddətlərini ifadə ediblər.

Qazaxıstan polisinin keçirdiyi operativ axtarış tədbirlərinin gedişində ağır qətli törətməkdə şübhəli 3 nəfəri – Malhasyan Torqom Manveloviçi, Malhasyan Sohak Samveloviçivə Nadirbəyov KairHəmidoviçi saxlayıb. Karaqanda vilayətinin Polis Departamentinin əməkdaşları həmçinin qətlin törədilməsində şübhəli bilinən Qururyan Narek barədə axtarış elan edib.

Ermənistanın Qazaxıstandakı səfirliyi qətl ilə əlaqədar öldürülən şəxsin yaxınlarına başsağlığı verib. (Report)