Qazaxıstan Xəzərin dibinin bölüşdürülməsinə dair protokolu təsdiqləyib

406

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Yerin təkinin istifadəsinə dair suveren hüquqlarını həyata keçirmək məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölüşdürülməsi haqqında” Rusiya Federasiyası ilə ikitərəfli sazişə protokolun əlavə protokolun təsdiq olunması barədə qanunu imzalayıb.

Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti bildirib.

Protokolun təsdiq olunması nəticəsində tərəflərin müvafiq qurumları Xəzərin Qazaxıstan şelfindəki Kurmanğazı yatağının müqavilə hissəsində bundan sonra da kəşfiyyat işləri yerinə yetirə biləcək.

Əlavə protokolla iki ölkə arasında yaradılacaq birgə müəssisə bütün müqavilə ərazisində kəşfiyyat aparmaq üçün sonradan dörd il uzada bilmək şərtilə altı illik əlavə müddət əldə edir. Bununla yanaşı, məhsulların bölüşdürülməsi haqqında 6 iyul 2005-ci il tarixli sazişdə nəzərdə tutulan müqavilə ərazisi genişləndirilir, adıçəkilən sazişə əlavə sazişin imzalama tarixi də əlavə kəşfiyyat müddətinin başlanğıcı təyin edilir.(report.az)