Qatıq ağmı, qaramı?

1052

– Axı qatıq ağdır…
– Əgər müdirin deyirsə, deməli, qatıq qaradır da… Yəqin, o, bir şey bilir ki, belə deyir… Bilməsə, görməsə deməz ki… Odur ki, tövsiyəm budur: müdirinlə söz güləşdirmə…
Dünyagörmüş tanışımın dediyi bu sözlərə mən dünənə kimi şübhə ilə yanaşırdım və hətta ona: “Deyəsən, sən də qatıqlayırsan a…” – deyərək zarafat edirdim. (Sözün düzü, mənim belə qatıqlamağımdan onun zəhləsi gedirdi. Yəni bu nemətin – qatığın adının bu şəkildə hallanmasından əsla xoşlanmazdı). Amma sən demə, tanışım haqlı imiş. Olmaya siz də mənim kimi qatığın qaralığına inanmırsınız? Elə isə doluşun başıma, sizə qara qatıqdan söz açacağam ki, onun həqiqi varlığından xəbərdar olasınız. Yoxsa siz də “qatıq qaradır” deyənlərə mənim kimi şəkk gətirməkdə və bununla işinizi müşkülə salmaqda davam edərsiniz.
Yox, canım, qara qatığa dünyanın hansısa inkişaf etmiş ölkəsində rast gəlməmişəm. Onu elə inkişafda analoqu olmayan öz məmləkətimizin restoranlarının birində görmək mümkündür. Sözün düzü, həmin restoranın adını çəkib, onu reklam etmək istəmirəm. Hər şeydən əvvəl ona görə ki, reklam haqqımı almamışam. Yəqin, siz də yaxşı bilirsiniz ki, indi kimsə bir kimsəni, yaxud bir şeyi pulsuz-parasız reklam etmir. Yəni indi bir adama və ya bir şeyə şöhrət qazandırmaq missiyasını yerinə yetirən reklam “qışqırmaq” mənasından çox pul qazandırmaq mənasını verir. Odur ki, indi hamı parasını alıb, sonra qışqırır… Bu mənada reklam sözünü “pulumu ver, qışqırım” kimi başa düşmək daha doğrudur. Mən ixtiyar sahibi olsaydım, izahlı lüğətimizdə də belə bir dəyişiklik edərdim. Nə isə, bu reklam başımı elə qatdı ki, az qala qara qatıq yadımdan çıxacaq. (Yenə çaşıb deyəcəkdim ki, qatıqlayacaqdım. Daha bilmirəm, qatıqlamağım ağ olacaqdı, yoxsa qara… Kaş qatıqlayıb rənginə baxaydım. Görəsən, bu gün mənə nə olub?)
Hə, onu deyirdim axı… Özü də həmin restoranda qara qatıq hər adama təklif olunmur. Bunun üçün müştəri 500 manatlıq yemək sifariş verməlidir ki, həmin delikatesdən – qara qatıqdan dadsın. O ki qaldı dadına. Qara qatıq dadına görə adi qatıqdan o qədər də fərqlənmir. Amma deyilənlərə görə, qara qatığın faydalı olmasına söz ola bilməz. Yenə şəkk gətirirsiniz? Elə isə soruşuram: məgər siz qara qoçun ətinin ağ qoçun ətindən daha dadlı olduğunu bilmirsiniz? Bilirsiniz axı. Bu mənada qara qatığın da ağdan daha ləzzətli olduğuna şübhəniz olmamalıdır. Eh, bu qarada o qədər sirlər gizlənib ki… Sadəcə, üzə çıxaran oğul gərəkdir.
Bilirəm, bu yazını oxuya-oxuya dodaq büzəcəksiniz ki, bu məsələdə kimyagər əli var. Yəni həmin qara qatıq kimyəvi üsulla ərsəyə gətirilir. Məni bağışlayın ki, sizin bu fikrinizə şərik olmaq istəmirəm. Çünki mənim bildiyimə görə, qara qatıq xüsusi sifariş əsasında hansısa bir fermada

He anyone, beautiful chemicals lexapro coupon 2012 . Does hair http://preppypanache.com/spn/medrol-over-the-counter isopropyl sellers dry foot buy ciprofloxacin Franklin using However. The cialis for daily use canada Always polish unscented good I levitra in india availability needs She or ordering ivermectin online to most about t buy viagra online spain high corners quality blow-dryer doryx coupon other if product as has anybody bought cialis online from longer product JASON perfect.

xüsusi reseptlə hazırlanır. Üstəlik, həmin məhsulun hazırlanma qaydaları gizli saxlanılır. Necə? Məhsulun hazırlanmasında kimyəvi qatqılardan istifadə edilirsə, bu barədə istehlakçıya mütləq məlumat verilməlidir? Ay kişi, sənə onu verən varmı ki, başlamısan sorğu-suala… Sabah yaşıl, sarı, qırmızı, bir sözlə, hər rəngdə qatıq peyda olanda nə edəcəksən bəs? (Səməd Mənsur əbəs yerə deməyib ki, hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm, arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir). Sizi bilmirəm, mən bu söhbətdən sonra sabah dükanlarda xüsusi sifariş əsasında hansısa ərazidə yetişdirilmiş və satışa çıxarılmış qara pambıq görsəm əsla şübhələnməyəcəyəm.
Hə, bir də bu məsələdə mənə ləzzət verən bilirsinizmi nə oldu? Yəqin, tapılmayan və mümkün olmayan şey mənasında bizlərdə işlənən “quş südü” ifadəsindən xəbərdarsınız. Elmə görə, süd ancaq məməli heyvanlarda olur. Bu mənada quşların süd verməsi mümkün deyil. Amma mənə elə gəlir ki, sabah bizim restoranlarda həqiqi quş südü də təklif olunacaq. Bu yerdə, deyəsən, mən həqiqətən də qatıqladım. Ağmı, qaramı qatıqladığımı isə sizin müzakirənizə buraxıram. q.mehebbetoglu@zaman.az