Qasım Nağı “Humay” mükafatına layiq görülüb

800

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib.

1993-cü ildə təsis edilən mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Bu dəfə “Humay” heykəlciyi teatr, kino, ədəbiyyat, musiqi, təsviri sənət, jurnalistika, televiziya və idman sahəsində uğurlu fəaliyyət göstərmiş tanınmış insanlara verilib.

Bu dəfə teatr nominasiyasında “Kafkadan salam”(F.Kafka, quruluşçu rejissor Vaqif İbrahimoğlu) və “Fəna” (O.Fikrətoğlu, quruluşçu rejissor Mir Sahib Ağayev) tamaşalarında yaratdığı obrazlara görə YUĞ Dövlət Teatrının aktyoru Qasım Nağıyev “Humay” mükafatına layiq görülüb.

Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar isə “Humay” Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.

 

QasımNağı27 fevral 1974-cüildəİsmayıllı rayonununTəzəkəndkəndindəanadan olmuşdur. 1996-cı ildə ADMİU-nun «Bədii yaradıcılıq» fakültəsinin teatr kollektivi rejissorluğu şöbəsini bitirib. Tələbə vaxtlarından –1995-ciildən YUĞ Teatrında çalışır.

Bu illərərzində Ağadam (RamizRövşən «Bircəqarış»), Ərmayıl (Firdovsi «Yasaq»), Firəng (KamalAslanov «ModusVivendis»), VİP (İ.İbrahimli «Canımdacan»), Yaho (U.Şekspir «Otello»), Əsəbi (MustafaƏhmədov «Finiş»), Ağrəng (R.Rza «Rənglər»), Gitaraçı (KamalAslanov «Serenada»),Lal (CəlilMəmmədquluzadə «Meqopolis»), Qəribcan (İ.Əfəndiyev «Sənhəmişəmənimləsən»),  Saqqallı, Sarayşairi, Carçı (GüngörDilmen «Midasınqulaqları»), TəcrübəliMüstəntiq(K.Abdulla «Axırdansonra»), Ər (S.Mrojek “Sərhəddə”), Oğul (Kafkadan salam), Kişi (O.Fikrətoğlu “Fəna”) vəs. rolları ifa etmişdir.