“Qarabağ”ın rəqibləri məlum olub

20

vqustun 27-də futbol üzrə UEFA Konfrans Liqasında 2021-2022-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Komandalar püşkdən əvvəl səbətlərə bölünüb. Ağdam təmsilçisi ikinci səbətdə yer alıb.

Türkiyənin İstanbul şəhərində təşkil olunan püşkatma mərasimində aşağıdakı komandalar üz-üzə gələcək:

A qrupu: LASK (Avstriya), “Makkabi Təl-Əviv”, (İsrail), “Alaşkert” (Ermənistan), HİK (Finlandiya);

B qrupu: “Gent” (Belçika), “Partizan” (Serbiya), “Flora” (Estoniya), “Anortosis” (Kipr);

C qrupu: “Roma” (İtaliya), “Zarya” (Ukrayna), “MOİK-Sofiya” (Bolqarıstan), “Budyo Qlimt” (Norveç);

D qrupu: “AZ Alkmar” (Niderland), “CFR Kluj” (Rumıniya), “Yablonets” (Çexiya), “Randers” (Danimarka);

E qrupu: “Slaviya Praqa”, (Çexiya), “Feyenoord” (Niderland), “Union Berlin” (Almaniya), “Makkabi Hayfa” (İsrail);

F qrupu: “Kopenhagen” (Danimarka), PAOK (Yunanıstan), “Slovan” (Bratislava, Slovakiya), “Linkoln” (Cəbəllütariq);

G qrupu: “Tottenhem” (İngiltərə), “Renn” (Fransa), “Vitess” (Niderland), “Mura” (Slovakiya);

H qrupu: “Bazel” (İsveçrə), “Qarabağ” (Azərbaycan), “Kayrat” (Qazaxıstan), “Omoniya” (Kipr).

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da keçiriləcək.