Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Qitənin 2-ci dərəcəli klub turnirində mübarizəni davam etdirən 48 komandanın rəqibləri müəyyənləşib. Azərbaycan futbolu tarixində qrupa düşən 2-ci komanda olan “Qarabağ”ın da düşəcəyi qrup Monakodakı tədbirdə bilinib. Topaz Premyer Liqasının son çempionu D qrupuna düşüb. Qurban Qurbanovun yetirmələri püşk zamanı nisbətən aşağı reytinqə malik komandaların yer aldığı 4-cü səbətdə qərarlaşdığı üçün güclü rəqiblərlə görüşəcək. Ağdamlılara I səbətdən İtaliya “İnter”i düşüb. Bu komanda iki il əvvəl qrup mərhələsində “Neftçi” ilə qarşılaşmışdı. Bakılılar həmin duellərdə 1 xal əldə etmişdi – 1:3, 2:2. Ukraynanın “Dnepr” klubu da ölkəmizdə yetərincə tanınır. SSRİ vaxtı dəfələrlə “Neftçi” ilə qarşılaşan Ukrayna təmsilçisi 2 dəfə SSRİ çempionu olub. “Qarabağ”ın 3-cü rəqibi isə Fransa təmsilçisi “Sent-Etyenn” olub. Qeyd edək ki, qrup mərhələsində ilk turun oyunları sentyabrın 18-də keçiriləcək.
A qrupu
“Vilyareal” (İspaniya) “Borussiya” (Mönhenqladbax, Almaniya) “Sürix” (İsveçrə) “Apollon” (Kipr) |
|
B qrupu
“Kopenhagen” (Danimarka) “Brügge” (Belçika) “Torino” (İtaliya) HİK (Finlandiya)
C qrupu “Tottenhem” (İngiltərə) “Beşiktaş” (Türkiyə) “Partizan” (Serbiya) “Asteras “ (Yunanıstan)
D qrupu “Zalsburq” (Avstriya) “Seltik” (Şotlandiya) “Dinamo” (Zaqreb, Xorvatiya) “Astra” (Rumıniya)
E qrupu PSV (Hollandiya) “Panatinaikos” (Yunanıstan) “Estoril” (Portuqaliya) “Dinamo” (Moskva, Rusiya)
F qrupu “İnter” (İtaliya) “Dnepr” (Ukrayna) “Sent-Etyen” (Fransa) “QARABAĞ” (AZƏRBAYCAN) G qrupu “Sevilya” (İspaniya) “Standard” (Belçika) “Feyenord” (Hollandiya) “Riyeka” (Xorvatiya)
H qrupu “Lill” (Fransa) “Volfsburq” (Almaniya) “Everton” (İngiltərə) “Krasnodar” (Rusiya)
I qrupu “Napoli” (İtaliya) “Sparta” (Çexiya) “Yanq Boyz” (İsveçrə) “Slovan” (Slovakiya)
J qrupu “Dinamo” (Kiyev, Ukrayna) “Styaua” (Rumıniya) “Rio Ave” (Portuqaliya) “Olborq” (Danimarka)
K qrupu “Fiorentina” (İtaliya) PAOK (Yunanıstan) “Genqam” (Fransa) “Dinamo” (Minsk, Belarus)
L qrupu “Metallist” (Ukrayna) “Trabzonspor” (Türkiyə) “Legiya” (Polşa) “Lokeren” (Belçika) |