“Qarabağ”ın rəqibi müəyyənləşdi

0
290

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.  İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edib.

Çempionlar yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibləri bəlli olub. Ağdam klubu 2-ci mərhələdə Albaniyanın “Kukesi” klubunu keçərsə,  BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.