“Qarabağ”ı uduzdurdular

470

Dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində “Bazel” – “Qarabağ” matçı keçirilib.

“Sent Yakob Park” stadionunda keçirilən görüşün 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Artur Kabral hesabı açıb. Ağdam təmsilçisinin isə 3-cü dəqiqədə vurduğu qolu oyunu idarə edən xorvatiyalı FIFA referisi Fran Yoviç qeydə almayıb. Bununla əlaqədar Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 4-cü hakim  İvana Martinçiçə etirazını bildirib.

Oyunun ikinci hissəsində meydan sahibləri daha 2 dəfə fərqləniblər.

Nəticədə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” qrupda ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb. “Bazel” isə 1/8 finala yüksəlib.

Qeyd edək ki, qrupun digər matçında “Omoniya” ilə “Kayrat” birincilərin meydanında qolsuz bərabərə qalıb.

 

9 dekabr

Konfrans Liqası

Qrup mərhələsi, 6-cı tur

H qrupu

00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 3:0 (İkinci hissə)

Qollar: Kabral, 33, 74, Kasami, 62,
Baş hakim: Fran Yoviç (Xorvatiya)

Bazel. “Sent Yakobs Park”