“Qarabağ” “Viktoriya” ilə sülh bağladı

0
460

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” mərhələnin ilk oyununa Çexiyada çıxıb.

“Ağ-göylər” Plzendə yerli “Viktoriya”nın qonağı olub. Meydan sahibləri matçın böyük hissəsi ərzində üstünlüyə malik olsalar da ağdamlıların müdafiə səddini yara bilməyib.

Matçın 75-ci dəqiqəsində isə plzenlilər meydanda azlıqda qalıb. Rəqibin qırmızı vərəqəsindən sonra “Qarabağ” topa nəzarəti ələ alıb. Lakin komandaların səylərinə baxmayaraq hesab açılmayıb.

Bununla da Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər matçından qolsuz sülhlə dönüb. Bunu bacaran ilk Azərbaycan klubu olan Qurban Qurbanovun yetirmələri cavab matçı öncəsi pley-off şanslarını qoruyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakıda keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
26 iyul

“Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Ağdam, Azərbaycan) – 0:0
Qırmızı vərəqə: Yan Baranek, 75
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Hakim-inspektor: Raymond Ellingem (Uels)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
Plzen. “Dusan Arena” stadionu

“Viktoriya”: 1. Matuş Kozaçik, 3. Aleş Mateyu, 22. Yan Baranek, 4. Roman Hübnik (k), 8. David Limberski, 17. Patrik Hroşovski, 7. Tomaş Horava, 11. Milan Petrjela, 26. Daniel Kolar, 19. Yan Kovarik, 12. Mihal Duriş
Ehtiyat oyunçular: 13. Petr Bolek, 2. Lukaş Heyda, 10. Yan Kopiç, 15. Mihael Krmençik, 23. Marek Bakoş, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera
Baş məşqçi: Roman Pivarnik

“Qarabağ”:. 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev
Baş məşqçi: Qurban Qurbanov