“Qarabağ” və “Qəbələ” son pillələrdən qurtula biləcəklərmi?

0
416

Sabah Avropa Liqasında III turun oyunları keçiriləcək. Avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubları da növbəti sınağına çıxacaq.Öncə “Qarabağ” doğma azarkeşləri önündə növbəti matçını keçirəcək. Azərbaycan çempionu I dövrənin son oyununda Yunanıstan PAOK-unu qəbul edəcək. PAOK təmsilçilərimiz üçün tanış rəqib sayılır. Ötən mövsüm “Qəbələ” ilə qrupda iki dəfə üz-üzə gələn salonikililər qolsuz heç-heçələrlə razılaşmışdı.

“Qarabağ” kimi ilk iki turda qələbə qazana bilməyən “Qəbələ” də son pillədən qurtulmaq niyyətindədi. Fransada “Sent-Etyen”in qonağı olacaq Roman Qriqorçukun yetirmələri ilk qələbə üçün səfərə yollanıb. Xalı olmayan təmsilçimiz əvvəlki matçlarda nümayiş etdirdiyi məhsuldarlığı fransalılara da göstərmək əzmindədi. “Qəbələ”nin də rəqibi qrup mərhələsində ölkəmizə gələn komandalardandı. Bu klub 2 il öncə “Qarabağ”la görüşüb. Maraqlıdı ki, həmin oyunlar da heç-heçə nəticələnib – 0:0, 1:1.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

J qrupu

21:00. “Qarabağ” – PAOK (Yunanıstan)

Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, Nissan Davidi

Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler

Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1 “Fiorentina” (İtaliya) 2 1 1 0 5-1 4
2 PAOK (Yunanıstan) 2 1 1 0 2-1 4
3 “Slovan” (Çexiya) 2 0 1 1 3-4 1
4 “Qarabağ” (Azərbaycan) 2 0 1 1 3-7 1

C qrupu

23:05. “Sent-Etyen” (Fransa) – “Qəbələ”

Baş hakim: Ali Palabıyık

Baş hakimin köməkçiləri: Cem Satman, Əkrəm Kan

Dördüncü hakim: Ceyhun Sesigüzel

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesigüzel (hamısı Türkiyə)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. “Joffrua Qişar” stadionu

1 “Anderlext” (Belçika) 2 1 1 0 4-2 4
2 “Maynts” (Almaniya) 2 1 1 0 4-3 4
3 “Sent-Etyen” (Fransa) 2 0 2 0 2-2 2
4 “Qəbələ” (Azərbaycan) 2 0 0 2 3-6