“Qarabağ” ümidləri doğrultmadı…”Krasnodar” “Qəbələ”yə şans vermədi

0
382

UEFA Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilir.  Azərbaycan təmsilçisi “Qarabağ” qrupda 5-ci matçına çıxıb.

Öz meydanında “Tottenhem”lə qarşılaşan ağdamlılar qarşılaşmadan minimal hesablı məğlubiyyətlə ayrılıb. İlk hissədə bir neçə şansı qola çevirə bilməyən hər iki komanda fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissədə də bir neçə şans yaxalayan Qurban Qurbanovun yetirmələri fürsətlərdən istifadə edəbilməyib və 78-ci dəqiqədə qonaqların fərqlənməsinin qarşısını almaq mümkün olmayıb. Künc zərbəsindən sonra Harri Keyn topu qapımızdan keçirib.

Matçın gedişind başqa qol olmayıb və təmsilçimiz oyunu məğlubiyyətlə başa vuraraq, qrupda sonuncu pilləyə düşüb.

Qeyd edək ki, londonlular bu qələbə ilə sona bir tur qalmış qrupdan çıxmağı dəqiqləşdiriblər.

UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ”nin növbəti mərhələyə çıxmayacağı dəqiqləşib. C qrupunda mübarizə aparan təmsilçimizin qarşıda daha iki oyunu qalsa da, bu oyunlarda qazanılacaq istənilən nəticə ona final mərhələsinə çıxmaq üçün bəs etməyəcək.

Buna isə “qırmızı-qaralar”la eyni qrupda mübarizə aparan “Krasnodar”la “Borussiya”nın oyununda qeydə alınmış nəticə səbəb olub. Sona iki tur qalmış almanların 10, Rusiya təmsilçisinin isə 7 xal var idi. Bu gün oynanılmış və başa çatan görüşdə minimalhesablı qələbə qazanan ruslar xal ehtiyatını 10-a yüksəldərək “Borussiya” ilə birlikdə növbəti mərhələyə çıxmağı dəqiqləşdirib.

Hazırda 4 oyundan sonra hesabında 1 xal olan təmsilçimiz və onun bu turdakı rəqibi, Yunanıstan təmsilçisi 3 xala malik PAOK-un isə 1/16 final şansları qalmayıb.