“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

0
67

Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Oktyabrın 1-də turnirin pley-off mərhələsi çərçivəsində Ağdam təmsilçisi Polşanın “Legiya” komandasının qonağı olub.

Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşmaya “Qarabağ” fəal başlasa da, ilk hissədə fərqlənməyi bacarmayıb. Almaniyalı baş hakim Tobias Ştilerin idarə etdiyi matçın birinci hissəsi 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Amma oyunun ikinci hissəsində daha da fəallıq göstərən “Qarabağ” 3 dəfə fərqlənib. Beləliklə, qarşılaşma “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Patrik Andrade, Abdullah Zubir və Filip Ozobiç fərqləniblər.

Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.

“Legiya”: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart

Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev