Bu gün Ağdamın “Qarabağ” komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun “Arsenal” klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qonaqlar 0:3 hesabı ilə qalib gəliblər.
Qonaqlar hesabı erkən qolla açıblar. Qarşılaşmanın 4-ci dəqiqəsində “Arsenal” klubunun heyətində Naço Monrealın künc ötürməsini Sokratis Papastathopoulos dəqiq baş zərbəsi ilə tamamlayıb – 0:1. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra ilk dəqiqələrdən irəli atılan ağdamlılar rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsa da, istəklərinə çata bilməyiblər. Matçın 53-cü dəqiqəsində qonaqlar hesab arasındaki fərqi iki topa çatdırıblar. Qapıçı ilə təkbətək qalan Emil Smit Rove fülsəti əldən verməyib – 0:2.
Görüşün başa çatmasına 10 dəqiqə qalmış “Arsenal” klubu yenidən fərqlənib. Matteo Qenduzi adını tabloya yazdırıb – 0:3. Görüş bu hesabla da başa çatıb.
E qrupunun digər oyunu Ukraynada oynanılıb. “Vorskla” klubu doğma meydanda Portuqaliyanın “Sportinq” komandasına 1:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, ilk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” klubunu (2:0) məğlub etmişdi.
4 oktyabr
Avropa Liqası, E qrupu
“Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə) – 0:3
Qollar: Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Metteo Qenduzi, 80
Baş hakim: Davide Massa (Fransa)
Bakı Olimpiya Stadionu.
“Vorskla” (Ukrayna) – “Sportinq” (Portuqaliya) – 1:2
Qollar: Kulaç, 10 (1:0), Montero, 90 (1:1), Çabral, 90+3 (1:2)
1. | Arsenal | 2 | 2 | 0 | 0 | 7:2 | 6 |
2. | Sporting | 2 | 2 | 0 | 0 | 4:1 | 6 |
3. | Vorskla Poltava | 2 | 0 | 0 | 2 | 3:6 | 0 |
4. | Qarabağ | 2 | 0 | 0 | 2 | 0:5 | 0 |