“Qarabağ” üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı

602

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanı turnirdə təmsil edən Ağdamın “Qarabağ” komandası Maltanın “Valletta” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun baş hakimi belaruslu S.Tsinkeviç olub. Ona həmyerliləri Y.Ramanau və V.Maliutsin kömək ediblər.

Qarşılaşma “Qarabağ” komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolları 15-ci dəqiqədə Reynaldo, 48-ci dəqiqədə Çumbinyo, 56-cı dəqiqədə Danilo Dias və 80-ci dəqiqədə Leroy Corc vurublar. Görüşün 19-cu dəqiqəsində “Valletta” komandasının futbolçusu Conatan Karuana qırmızı vərəqə alıb.
Beləliklə, Ağdamın “Qarabağ” komandası Maltanın “Valletta” klubuna qalib gələrək Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, təmsilçimiz Malta klubu ilə səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qələbə qazanıb.
Ağdam təmsilçisinin üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriyanın “Zalsburq” klubu olacaqdır.