“Qarabağ” “Sumqayıt”a dağ çəkdi

0
252

Aprelin 1-də futbol üzrə Topaz Premyer Liqasının 22-ci turuna yekun vurulub. Turun son görüşü “Kapital Bank Arena” stadionunda baş tutub. Çempion “Qarabağ” səfərdə “Sumqayıt” komandasının qonağı olub.

Görüş “Qarabağ”ın böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0.

Ağdamlıların heyətində Dani Kintana (17), Mahir Mədətov (20, 40), Filip Ozoviç (51) və Abdulla Zubir (78, 84) fərqləniblər.

Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində xalların sayını 48-ə çatdıraraq turnir cədvəlində “Neftçi” ilə birinci və ikinci yerləri bölüşürlər, “Sumqayıt” isə 17 xalla sonuncu – 7-ci yerdə qərarlaşıb.