“Qarabağ” “Seltik”i səddini aşa bilmədi

0
377

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasına çıxıb. Ağdamlılar Şotlandiya çempionu “Seltik”i qəbul edib.

Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Qurban Qurbanovun yetirmələri bu dəfə də III mərhələni adlaya bilmədi.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda tərəflərdən heç biri fərqlənə bilməyib. İlk oyunda səfərdə məğlub olmuş “Qarabağ” mübarizəni dayandırıb.

Ancaq ağdamlılar üçün Avrokubok mövsümü bununla yekunlaşmayıb. Belə ki, “Qarabağ” bundan sonra mübarizəsini Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu, 5 avqust

“Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya) – 0:0

Baş hakim: Martin Strömberqsson
Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq
Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 0:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui, 29. Raydel Pupon
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov

“Seltik”: 1. Kreyq Qordon, 3. Emilio İzagire, 5. Virgil van Diyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skot Braun, 14. Stüart Armstronq, 16. Qari Meki Steven, 25. Stefan Yohansen, 7. Nadir Çiftçi
Ehtiyat oyunçular: 26. Loqan Baili, 4. Efe Ambrose, 22. Saidi Yanko, 15. Kris Kommons, 18. Tom Roqic, 49. Ceyms Forest, 9. Leyq Qriffits
Baş məşqçi: Ronni Deyla

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here