“Qarabağ” “Samtredia”ya “5” verdi

505

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub.

Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib.

Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunurdu.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

 

“Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) – 5:0

Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1, Donald Gerryer, 83, Miçel, 90+2

 

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski (q), 7. Rahid Əmirquliyev, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 52. Yakub Jejniçak

Baş məşqçi: Qurban Qurbanov

 

“Samtredia”: 12. Omar Migineşvili (q), 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Mancqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolozi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 77. Quram Samuşia

Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. David Mtvilişvili, 11. Giorgi Beriaşvili, 14. Davit Jikia, 17. Akaki Ninua, 18. Jemal Qoqiaşvili, 21. Giqla Burkadze

Baş məşqçi: Gia Tsetsadze