“Qarabağ” “Roma” ilə qarşılaşacaq

549

Sabah Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti sınağına çıxacaq.

 

İlk oyun gününün bütün matçları eyni vaxtda başlayacaq. E qrupunda ilk tur heç-heçələrlə əlamətdar olduğundan komandalar qələbə hesabını açmaq uğrunda mübarizə aparacaq. “Liverpul”un Rusiya səfərində, “Sevilya”nın isə evdə istəyinə çatacağı daha inandırıcı görünür.

 

F qrupunda liderlər üz-üzə gələcək. “Mançester Siti” öz meydanında “Şaxtyor”u qəbul edəcək. Rəqiblər vahid liderlik uğrunda döyüşəcək. İlk turdan xalsız ayrılan “Napoli” isə “Feyenoord”la ev matçında bu uğursuzluğu unutdurmalıdı.

 

Azərbaycan futbolsevərləri üçün ilk oyun gününün ən gözlənilən matçı İstanbulda olacaq. Qonşu Türkiyənin təmsilçisi “Beşiktaş” “Leypsiq”i qəbul edəcək. “Porto” üzərində gözlənilməz səfər qələbəsi ilə yarışa start verən “ağ-qaralar” liderliyini möhkəmlətmək üçün xal itirməməlidi. Portuqaliya klubu isə çətin Monako səfərində eyniadlı klubla qarşılaşacaq.

 

H qrupunda diqqətlər Dortmunda yönələcək. Yerli “Borussiya” evdə “Real”ı sınağa çəkəcək. Sonuncular ikinci qələbəsi üçün vuruşacaqsa, meydan sahibləri ilk xallarını əldə etməlidi. Çünki “Tottenhem”in də ikinci qələbəsini qazanması almaniyalıları çətin vəziyyətə sala bilər.

 

Azərbaycan çempionu “Qarabağ” iki gün davam edəcək turun son günündə meydana çıxacaq. Günün ilk matçında, digərlərindən daha tez başlayan oyunda təmsilçimiz “Roma” ilə qarşılaşacaq. C qrupunun bu oyunu Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk ev qarşılaşması olacaq. Qrupun digər matçında əsas favoritlər “Çelsi” və “Atletiko” sonuncuların meydanında görüşəcək. Bu matç liderin müəyyənləşməsi baxımından da önəmlidi.

 

A qrupunda da liderlər üz-üzə gələcək. İlk turu qalib kimi başa vuran MOİK-lə “Mançester Yunayted” Rusiyada görüşəcək. Şimal qonşularımız “Benfika” zəfərinin təsadüf olmadığını doğma publika onündə isbatlamalıdı.

 

Turun ən maraqlı görüşlərindən biri Parisdə baş tutacaq. Qitənin ən güclüləri sırasında yer alan PSJ və “Bavariya” aşkar favoritləri olduqları qrupun liderliyi üçün ilk dueldə üz-üzə gələcək. İlk oyun günündə darmadağına sevinən rəqiblərin öz aralarındakı görüşünün də məhsuldar keçməsi də istisna deyil. Çünki hər iki komanda hücum xətti ilə öyünə biləcək gücdədi.

 

H qrupunda Pireney derbisi maraq doğurur. “Barselona” liderliyə şəriki olan “Sportinq”ə yerini göstərməyə çalışacaq. Lissabon təmsilçisi evdə oynadığından ən azı 1 xal qazanmaq üçün meydana çıxacaq. İlk turun uğursuzu “Yuventus” isə “Olimpiakos”la görüşdə azarkeşlərini sevindirməyə iddialıdı. apasport.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

 

26 sentyabr

 

E qrupu

22:45. “Spartak” (Rusiya) – “Liverpul” (İngiltərə)

22:45. “Sevilya” (İspaniya) – “Maribor” (Sloveniya)

 

1. Liverpul 1 0 1 0 2-2 1
2. Sevilya 1 0 1 0 2-2 1
3. Spartak 1 0 1 0 1-1 1
4. Maribor 1 0 1 0 1-1 1

 

F qrupu

22:45. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna)

22:45. “Napoli” (İtaliya) – “Feyenord” (Hollandiya)

 

1. Mançester Siti 1 1 0 0 4-0 3
2. Şaxtyor 1 1 0 0 2-1 3
3. Napoli 1 0 0 1 1-2 0
4. Feyenord 1 0 0 1 0-4 0

 

G qrupu

22:45. “Monako” (Fransa) – “Porto” (Portuqaliya)

22:45. “Beşiktaş” (Türkiyə) – “Leypsiq” (Almaniya)

 

1. Beşiktaş 1 1 0 0 3-1 3
2. Monako 1 0 1 0 1-1 1
3. Leypziq 1 0 1 0 1-1 1
4. Porto 1 0 0 1 1-3 0

 

H qrupu

22:45. APOEL (Kipr) – “Tottenhem” (İngiltərə)

22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya)

 

1. Real 1 1 0 0 3-0 3
2. Tottenhem 1 1 0 0 3-1 3
3. Borussiya 1 0 0 1 1-3 0
4. APOEL 1 0 0 1 0-3 0

 

27 sentyabr

 

A qrupu

22:45. MOİK (Rusiya) – “Mançester Yunayted” (İngiltərə)

22:45. “Bazel” (İsveçrə) – “Benfika” (Portuqaliya)

 

1. Mançester Yunayted 1 1 0 0 3-0 3
2. MOİK 1 1 0 0 2-1 3
3. Benfika 1 0 0 1 1-2 0
4. Bazel 1 0 0 1 0-3 0

 

B qrupu

22:45. “Anderlext” (Belçika) – “Seltik” (Şotlandiya)

22:45. PSJ (Fransa) – “Bavariya” (Almaniya)

 

1. PSJ 1 1 0 0 5-0 3
2. Bavariya 1 1 0 0 3-0 3
3. Anderlext 1 0 0 1 0-3 0
4. Seltik 1 0 0 1 0-5 0

 

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

22:45. “Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)

 

1. Çelsi 1 1 0 0 6-0 3
2. Roma 1 0 1 0 0-0 1
3. Atletiko 1 0 1 0 0-0 1
4. Qarabağ 1 0 0 1 0-6 0

 

D qrupu

22:45. “Yuventus” (İtaliya) – “Olimpiakos” (Yunanıstan)

22:45. “Sportinq” (Portuqaliya) – “Barselona” (İspaniya)

 

1. Barselona 1 1 0 0 3-0 3
2. Sportinq 1 1 0 0 3-2 3
3. Olimpiakos 1 0 0 1 2-3 0
4. Yuventus 1 0 0 1 0-3 0