Mingəçevirin 1 saylı məktəbində iki qardaş oxuyur. Həbib Həmidov 3-cü, Yadigar Həmidov isə 7-ci sinifdə oxuyur. Onların ikisi də güləş idman növü ilə məşğul olur. Onlar yarışlardan bir çox medal və diplomlar qazanıblar. Həbib respublika üzrə yeniyetmələr və uşaqlar arasında keçirilən sərbəst güləş üzrə turnirdə birinci yerə çıxıb. Yadigar və Həbib “Qafqaz-Arena”, ”Olimsport” un, idman klublarının, ulu öndərin 95 illik yubleyi ilə bağlı yeniyetmə və gənclər arasında keçirilən sərbəst güləş üzrə Qəbələ rayon açıq birinciliyində öncül yerləri tutublar. Onların bu uğurlarını məktəb rəhbərliyi təşəkkürnamə ilə təltif edib.
Qeyd edək ki, bu balaca idmançılar Azərbaycanın vətənpərvər oğullarından biri olan Qarabağ qazisi, kəşfiyatçı İlham Həmidovun övladlarıdır. Gələcəkdə yaxşı idmançı olmaq arzusunda olan yeniyetmələr ataları kimi vətənpərvərdirlər. . İdmançılar gələcək yarışlarda bayrağımızı Qarabağ torpaqlarında dalğalandırmaq arzusundadırlar.
Esmira Hidayətova, Mingəçevir