Qarabağ qazisi: Doğma Şuşamıza qovuşduğumuz üçün xoşbəxtik

36

Zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhərinə ilk səfərimiz bizə sözlə ifadə edilməyəcək anlar yaşatdı.

Bu sözləri Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi Əhliyat Mehdiyev Şuşada azərtac-ın müxbirinə müsahibəsində deyib.

O, görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsinin möhtəşəm qələbə olduğunu bildirib: “Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi Şuşa Zəfərini şərtləndirdi. Doğma şəhərimizə qovuşduğumuz üçün xoşbəxtik”.