“Qarabağ” “Olimpiakos”un dərsini verdi

42

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandası ilə qarşılaşıb və rəqibini 3 cavabsız qolla məğlub edib. Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edib.

Qeyd edək ki, Yunanıstan təmsilçisinin start heyətində Kostas Tsolakis, Şime Vrsalko, Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Hvan İy Co, Pep Biel, Qonsalo Avila, Oleq Ryabçuk, Pape Abu Sisse və Qarri Rodriges yer alıblar.

Azərbaycan çempionunun heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Leandro Andrade, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov çıxıblar.

Avropa Liqası
Qrup mərhələsi, III tur
G qrupu, 6 oktyabr
23:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan) – 0:3

Qollar: Ovusu Kvabena, 68, Marko Veşpviç, 82, Ramil Şeydayev, 85
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

Pirey. “Georgios Karaiskakis” stadionu