“Qarabağ” “Qəbələ”yə qalib gəlib

0
308

Noyabrın 11-də Azərbaycan Premyer Liqasının növbəti turunun oyunu keçirilib. Turun mərkəzi qarşılaşması Qəbələ şəhər stadionunda oynanılıb. Son çempion “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Oyunda hesabı “Qəbələ”nin oyunçusu Ceyms Adeniyi açıb – 1:0. Fasiləyə qədər hesab dəyişməyib.

Qarşılaşmanın ikinci hissəsinin ilk dəqiqələrində irəli atılan ağdamlılar matçın 47-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. İnnosent Emeqara adını tabloya yazdırıb – 1:1. Oyunun 64-cü dəqiqəsində Qurban Qurbanovun yetirmələri hesabda önə çıxıb. Belə ki, müdafiəçilərin qaytardığı topu Miçel dəqiq zərbə ilə tamamlayıb – 1:2. Oyunda son nöqtəni isə yenidən “Qarabağ” qoyub. Filip Ozoviç az sonra fərqlənmiş Miçelin ötürməsini qola çevirib – 1:3.

Beləliklə, oyun ağdamlıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 23-ə çatdıraraq lider “Neftçi”dən üç xal geri qalır. Noyabrın 10-da “flanqman” autsayder “Zirə” ilə oyunda xal itirib (2:2).

Xatırladaq ki, 11-ci tura “Sabah” – “Səbail” oyunu ilə start verilmişdi. Görüş “Səbail”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 11-ci tura hal-hazırda oynanılan “Sumqayıt” – “Keşlə” oyunu ilə yekun vurulacaq.