“Qarabağ” “Qəbələ”ni darmadağın etdi

50

Bu gün Azərbaycan Premyer Liqasının 18-ci turuna yekun vurulub.

Turun son qarşılaşmasında “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Matçın 16-cı dəqiqəsində Kadi Borqes meydan sahiblərini hesabda önə çıxarıb. 40-cı dəqiqədə isə İsnik Alimi penaltidən fərqlənərək qonaqların bərabərlik qolunu vurub. 50-ci dəqiqədə fərqlənən “Qarabağ”ın futbolçusu Vadji İbrahima komandasını yenidən hesabda önə çıxarıb 2-1.

Qarşılaşmanın 65-ci dəqiqəsində Kevin Medina hesab arasındakı fərqi 2, 68-ci dəqiqədə fərqlənin Filip Ozobiç isə 3 topa çatdırıb. Matçda son nöqtəni 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir qoyub – 5-1.

Azərbaycan Premyer Liqası

XVIII tur

6 mart (bazar)

19:15.“Qarabağ” – “Qəbələ” – 5:1 

Qollar: Kadi Borqes, 16 (1:0), İsnik Alimi, 40-pen. (1:1), Vadji İbrahima, 50 (2:1), Kevin Medina, 65 (3:1), Filip Ozobiç, 68 (4:1), Abdullah Zubir, 88 (5:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Azersun Arena”

17:00.“Keşlə” – “Sabah” – 0:1 

Qol: Zurab Oçiqava, 89
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
“ASK Arena”

5 mart (şənbə)

“Neftçi” – “Səbail” – 2:0

“Zirə” – “Sumqayıt” – 1:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 17 12 4 1 37-10 40
2 Zirə 18 10 4 4 27-16 34
3 Qəbələ 18 9 5 4 30-22 32
4 Neftçi 18 9 4 5 28-22 31
5 Sabah 18 7 2 9 24-26 23
6 Keşlə 18 4 3 11 18-29 15
7 Sumqayıt 17 3 4 10 10-26 13
8 Səbail 18 3 2 13 12-35 11