Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Günə Sumqayıtda start verilib. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkib. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Yusif Nəbiyevin vurduğu qol yeganə olub. “Kimyaçılar” qələbə nəticəsində bir günlük aradan sonra 4-cü pilləyə qayıdıb.
Həftəyə Qəbələdə yekun vurulub. Turun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gəliblər.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk hissədə Zenyov, ikinci hissədə Filip Ozobiç komandalarına qələbə gətirən qollara imza atıblar. “Qəbələ” qazandığı 3 xal nəticəsində liderliyə yüksəlib.
Azərbaycan Premyer Liqası
XIX tur
19 fevral (bazar)
“Qəbələ” – “Qarabağ” – 2:0
Qollar: Sergey Zenyov, 29, Filip Ozobiç, 70
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 31. Daniel Subotiç, 9. Sergey Zenyov, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrjkeviç, 21. Roman Hüseynov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 18. Baqali Dabo, 27. Teo Uiks, 34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 8. Miçel.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 22. Əfran İsmayılov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev, 32. Elvin Yunuszadə, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt” – AZAL – 1:0
Qol: Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 13. Bəhlul Mustafazadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev
Baş məşqçi: Samir Abbasov
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 44. Omeqa Roberts, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 77. Arkadi Qalperin, 24. Emin Cəfərquliyev (k), 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 70. Vaqif Cavadov, 11. Frank Madu, 3. Tural Hümbətov, 10. Nuqzar Kvirtiya
Baş məşqçi: Tərlan Əhmədov
Turnir cədvəli
1. | Qəbələ | 19 | 12 | 6 | 1 | 38-10 | 42 |
2. | Qarabağ | 19 | 13 | 3 | 3 | 32-10 | 42 |
3. | İnter | 19 | 8 | 9 | 2 | 30-19 | 33 |
4. | Sumqayıt | 19 | 6 | 7 | 6 | 20-23 | 25 |
5. | Zirə | 19 | 6 | 5 | 8 | 17-21 | 23 |
6. | Neftçi | 19 | 5 | 2 | 12 | 14-33 | 17 |
7. | Kəpəz | 19 | 3 | 7 | 9 | 12-22 | 16 |
8. | AZAL | 19 | 1 | 5 | 13 | 8-33 | 8 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.